SON DƏQİQƏ! Tanınmış siyasətçilərin yazışmaları İFŞA EDİLDİ - ŞOK FOTOFAKT


"SpaceX" və "Twitter"in sahibi İlon Mask bəzi ABŞ siyasətçilərinin şəxsi maraqları üçün "Twitter"ə təzyiq göstərdiyini iddia edib.

Sozcu.info  xəbər verir ki, Mask müstəqil jurnalist Matt Taibbinin "Twitter Faylları" ifşasının 16-cı seriyasını paylaşıb.

Jurnalist Taibbi "Twitter Faylları" ifşasının 16-cı seriyasında bir qrup siyasətçini, o cümlədən Men senatoru (demokrat) Anqus Kinq və Dövlət Departamentinin rəsmisi (Respublikaçı) Mark Lenzini daxili yazışmalara istinad edərək "Twitter rəsmilərinə siyasi qazancları üçün təsir etməyə çalışmaqda" ittiham edib.

Taibbi senator Kinqin rəqiblərinin sosial media platformasında yazı paylaşmasının qarşısını almaq üçün "Twitter" rəhbərləri ilə yazışmalarını sübut kimi paylaşıb.

O, həmçinin Xarici İşlər Nazirliyinin rəsmisi Lenzinin "14 hesabın heç bir sübut göstərmədən Rusiyanın nəzarəti altında və ya iddia edilən botlar altında bağlanmasını" istədiyini göstərən yazışmaları ifşa edib.

İlon Mask bir müddətdir ki, "Twitter"in keçmiş rəhbərliyinin daxili yazışmalarını bir qrup jurnalistlə paylaşaraq ifşa edir.

"Twitter"in yeni meneceri və müstəqil jurnalistlər tərəfindən “Twitter Faylları” adlandırılan bu tvitlər silsiləsi şirkətin keçmiş administrasiyasının siyasi baxışlarına görə məzmuna qərəzli şəkildə müdaxilə etdiyini ortaya qoyur.

Bundan əvvəl ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenlə bağlı xəbərlərin silinməsi ilə bağlı məxfi yazışmalar ifşa edilib.

Həmin yazışmalara görə, 14 oktyabr 2020-ci ildə dərc olunan Hunter Baydenlə bağlı xəbərlər idarəçilər tərəfindən silinib və bununla bağlı paylaşımlara “güvənli deyil” xəbərdarlığı əlavə edilib.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti