QHT-lər Naftalan vannası “qəbul edəcək”: YEYİNTİ FÜRSƏTİ... - BU NƏDİ BELƏ?

QHT-lər Naftalan vannası “qəbul edəcək”: YEYİNTİ FÜRSƏTİ...
DİA.AZ: - Bu gündən etibarən Naftalanda QHT-lərin 2-ci Təlim Proqramı öz işinə başlayacaq.
DİA.AZ bildirir ki, əsasən tanışlıq əsasında seçilmiş iştirakçıların kimliyi bəlli olmasa da, müraciət edənlərin çoxu narazılığını bildirir.
Çünki orada əsas şərtlərdən biri kimi ingilis dili bilgisi olsa da, QHT sektorunda bu qədər dil bilən şəxsin olması sual doğurur. Tanınmış QHT sədri Mirvari Qəhrəmanlı bu məsələ ilə bağlı şərh yazsa da, Agentlik bu tələbi aradan qaldırmamışdır.
Əldə etdiyimiz məlumata əsasən, seçilən şəxslərin böyük əksəriyyətinin dil bilgisi yoxdur.
Bu məsələ ilə əlaqədar tədbirdən dərhal sonra araşdırma aparacayıq.
3 gün davam edən və irihəcmli maliyyə tutumu olan bu tədbirin məhz Naftalana salınması müəammalıdır. Agentliyin icraçı direktoru Aygün Əliyevanı Naftalana bağlayan sirri də hələ heç kim tapa bilmir.
Qeyd edək ki, Naftalanda tədbir xərcləri ucuz başa gəldiyi üçün böyük məbləğli layihə vəsaitini silmək asan olacaq.
Maraqlıdır ki, İqtisadiyyat Nazirliyinin müvafiq qurumu bu tədbirə dair tenderi necə təsdiq edib.



Oxşar Xəbərlər

Xəbər lenti