İlqar Qəribovun azadlığa çıxmaq üçün xərclədiyi milyonlar kimlərin arasında bölüşdürülüb? - İLGİNC İDDİALAR...

İlqar Qəribovun azadlığa çıxmaq üçün xərclədiyi milyonlar kimlərin arasında bölüşdürülüb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin keçmiş direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin Şəki Apellyasiya Məhkəməsində dekabrın 6-na təyin olunmuş məhkəmə prosesi hakim Mahir Əsədli tərəfindən naməlum səbəblərdən bir gün təxirə salınıb.

Dünən keçirilmiş məhkəmə prosesi zamanı isə kimsənin gözləmədiyi hadisələr baş verib və hökm elan olunub. Belə ki, dəstənin rəhbəri Qəribov İlqara 8 il 6 ay, digər günahlandırılan şəxslərə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Şahidlərin dediyinə görə hakimin gözlənilməz hökmündən İlqar Qəribov şok keçirmişdir. Etibarlı mənbənin verdiyi məlumatdan isə aydın olur ki, məhkəmə kollegiyası ilə İlqar Qəribov dəstəsinin gizli sövdələşməsinə rəğmən belə bir hökmün elan edilməsi Oğuz və Qəbələdə İlqar Qəribova yaxın olan hər kəsi şoka salmışdır.

Çünki, İlqar Qəribov əvvəlcədən tərəfdaşlarına mütəşəkkil dəstə üzvlərinin hamısının bəraət alaraq öz əvvəlki iş yerlərinə bərpa olunması barədə xəbər göndəribmiş. Son 3 il ərzində onlara vurulan maddi ziyanlar ödənilməli və mənəvi ziyana görə Baş Prokurorluqla, Daxili İşlər Nazirliyinə qarşı yüksək məbləğli təzminat iddiası təmin olunmalı idi. Lakin hadisələr göstərdi ki, hər şey əksinə oldu. Bu arada Oğuzda və Qəbələdə İlqar Qəribova yaxın olan restoran və kafelərdə insanlara 1 həftə yeyib içmək təşkil olunmalı idi. Məlumata görə hər kafeyə 1 cöngə də göndərilibmiş.

Bir daha xatırladaq ki, 14 mart 2020-ci ildə həbs olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin törətdikləri cinayət işləri üzrə Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz ağac kəsmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü ( səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməs) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri üzrə təqsirli bilinmişlər.

Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa…

Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa…
Qeyd edək ki, son dövrlər CM-nin yuxarıda göstərdiyimiz maddələri ilə həbs olunmuş dövlət məmurları çox olublar. Bəli, dövlət məmurlarının hamısı Cinayət Məcəlləsinin demək olar, eyni maddələri ilə ittiham olunsalar da, yəni hamısı vəzifə səlahiyyətlərini aşaraq külli miqdarda dövlət vəsaitlərini mənimsəsələr də bunlardan yalnız İlqar Qəribov və dəstəsi azdlığa çıxa bilmişdir. Yəni bu da Azərbaycan məhkəmə tarixində ilk hadisə olmuşdur.

Əldə etdiyimiz məlumata görə məhkəmə prosesi zamanı dövlət ittihamçısı hakim Rafail Əliyevdən İlqar Qəribov və onun dəstə üzvlərinə ayrı-ayrılıqda 7 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzası istəyib. Lakin nə baş verib. İclasa sədrlik edən hakim, may ayında Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilmiş Rafail Əliyev bilərəkdən prosesi uzadır və qərar vermək üçün müşavirəyə gedib iki saatdan sonra qayıdır. Dövlət ittihamçısısnın istəyinin əksinə olaraq İlqar Qəribov və onun dəstə üzvlərini məhkəmə zalından azadlığa buraxlması barədə Azərbaycan Respublikası adından hökmü elan etmişdi.

Dövlət ittihamçının bu qərarla razılaşmadığından sonra iş Apelyasiya Məhkəməsinə göndərilmiş, Apelyasiya Məhkəməsi isə öz növbəsində işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdır. Lakin dünən Şəki Apellyasiya Məhkəməsində elan edilən gözlənilməz hökm prosesi izləyənlərin hamısını sözün sözün əsl mənasında şoka salmışdır. Bununla da İlqar Qəribovun azadlığa çıxmaq üçün xərclədiyi milyonlarla manat demək olar ki, batmışdır. Maraqlıdır görəsən bu pullar Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Rafail Əliyevin əli ilə kimlərin arasında bölüşdürülüb? Mövzuya daha ətraflı yaxın günlərdə bir daha qayıdacağıq.

İlqar Qəribovun azadlığa çıxmaq üçün xərclədiyi milyonlar kimlərin arasında bölüşdürülüb?
İlqar Qəribovun azadlığa çıxmaq üçün xərclədiyi milyonlar kimlərin arasında bölüşdürülüb?

Mənbə: Aktualinfo.org
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...



Oxşar Xəbərlər

Xəbər lenti