8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Eldos İsmayılov məndən 20 min manat borc pul almış və öz xətti ilə yazılı formada qəbz yazaraq mənə vermiş, bakin aldığı bu pulu qaytarmamışdır”
Göyçay şəhəri, Natavan küçəsi, bina 7 a, mənzil 44-də yaşayan Mayılov Sadiq Çingiz oğlu tərəfindən "Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:
"Cənab Prezident!
Bir neçə ildir ki, ailəliklə sahibkarlıq fəalyyəti ilə məşğul oluruq. Cücə seximiz var. Bu cücə sexini bir neçə ildir ki, işlədirik. Göyçay rayon Mallı-Şıxlı kənd sakini İsmayılov Eldos Məmmədrəhim oğlu məndən iş qurmaq adıyla 20 000 (iyirmi min) manat pulu borc adıyla alaraq, dələduzluq yoluyla mənimsəyib.
Belə ki, Eldos İsmayılov iş görmək adıyla 13.02 2018-ci ildə məndən 20 000 (iyirmi min) manat borc pul almış və öz xətti ilə yazılı formada qəbz yazaraq mənə vermişdir. Lakin aldığı bu pulu qaytarmamışdır. Eldos İsmayılovdan bu pulun alınraq mənə verilməsi üçün Göyçay rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Göyçay rayon Məhkəməsinin hakim Zəfər Quliyevin sədrliyi ilə 25.07.2018-ci il tarixli iş nömrəsi 2(046) - 1639/2018 olan qərarı ilə mənim iddiam təmin olundu.
Bu qərardan narazı olan dələduz Eldos İsmayılov Şəki Apellyasiya Məhkəməsinə şikayət verdi. Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin sədrliyi ilə keçirilən məhkəmə iclaslarının sonunda qanunsuz və əsassız olaraq Göyçay rayon Məhkəməsinin qərarı ləğv edərək Eldos İsmayılovun şikayəti təmin edildi.
Mən hakim Mahir Əsədlinin bu qərarını ona görə əsassız və qanunsuz hesab edirəm ki, Apellyasiya Məhkəməsi iş materiallarında olan subutları və faktları düzgün araşdırmamış, bununla da maddi və hüquq prosedurları pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərar verəndə əsas kimi cavabdeh Eldos İsmayılovun izahatını göstərmişdir. Halbuki, cavabdeh öz izahatını təsdiq edən heç bir dəlil-subut məhkəməyə təqdim edə bilməmişdir. Bu da Mülki Prosesual Məcəllənin 14-cü maddəsinin (Məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı onlardan istifadə etməlidir) pozulmasıdır ki, hakim Mahir Əsədli bunu edib.
Eyni zamanda hakim Mahir Əsədli cavabdehin vəsatətinə əsasən Yaqubov İdris İsmayıl oğlunu şahid qismində ifadə verməsinə şərait yaradaraq qətnaməsindədə onun bu ifadəsinə subut kimi qiymət vermişdir. Halbuki, Göyçay rayon Məhkəməsində cavabdeh bu vəsatəti versə də, hakim onun vəsatətini təmin etməmişdi. Çünki şahid qismində göstərilən İdris Yaqubov həmin məhkəmədə iclas gedən zalda oturaraq əvvəldən sona kimi tərəflərin və digər şəxslərin ifadələrini dinləmişdir. İdris Yaqubovun şahid qismində dindirilməsi vəsatəti veriləndə mən buna etiraz etdim. Hakim də haqlı olaraq mənim etirazımı qəbul edərək, cavabdehin bu vəsatətini təmin etmədi. Çünki Mülki Prosesual Məcəllənin 181-ci maddəsinə əsasən şahidlər iclas gedən zala buraxılmalı deyillər. Lakin Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli qanuna zidd olsa da, yuxarıda qeyd etdiyim kimi, cavabdehin şahidi İdris Yaqubovun ifadə verməsinə şərait yaratdı. O, bu hərəkətləri ilə hakimlərin müstəqilliyini, ədalət mühakiməsinin prinsiplərini pozmaqla Azərbaycanda məhkəmə sisteminə ciddi kölgə salır ki, bu da vətəndaşların hakimlərə olan etimadının itirliməsinə səbəb olur. Belələri Azərbaycanda məhkəmə sisteminə üz qarası gətirən hakimlərdi ki, onların belə qanunsuz və əsassız verilmiş qərarları araşdırılmalı etdikləri qanunsuzluqlara görə hakimlik səlahiyyətlərinə xitam verilməlidir.
Mən Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin bu qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayət verdim. Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Aslan Kalbalıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şəki Apellyasiya Məhkəməsinin maddi və prosesual hüquq normalarının düzgün tətbiq edilməsinin pozulmasını aşkar olunduğuna görə mənim kassasiya şikayətimi qismən təmin edildi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edildi. 30.04.2019-cu il tarixdə saat 11.00-Şəki Məhkəmə Kompeksinin Şəki Apellyasiya Məhkəməsinjə aid zalında Hakim Elçin Hüseynovun sədrliyi ilə bu işə baxılacaqdır.
Cənab Prezident!
Mənim mətbuat vasitəsi ilə sizə müraciət etməyimin məqsədi bu məhkəmə iclasında ədalətin bərqərar olmasıdır. Çünki cavabdeh Eldos İsmayılov yaşadığı kənddə danışıb ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli ilə danışıqlar aparıb. Hakim Mahir Əsədli söz verib ki, Şəki Apellyasiya Məhkəməsinin sədri ilə razılaşıb, hakim Elçin Hüseynov Eldos İsmayılovun xeyrinə qərar verəcək.
Amma mən Azərbaycanda Məhkəmə sisteminə və hakimlərə inanıram. Məhkəmə sistemindən Mahir Əsədli kimi hakimlərin tezliklə kənarlaşdırılacağına inanıram. İnanıram ki, 30.04.2019-cu il tarixdə Şəki Məhkəmə Komleksinin Şəki Apellyasiya Məhkəməsinə aid zalında olacaq məhkəmə işinə hakim Elçin Hüseynovun sədrliyi ilə obyektiv baxılaraq ədalətli qərar veriləcək”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.