8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Deputatların maaşları artanda sabiq deputatların da pensiyasında artım olur, çünki bu, faizə bağlıdır. Deputat pensiyası əməkhaqqının 80%-i qədərdir. Maaş artıqca, pensiya da artır. Son dövrlər aparılan islahatlara görə, vahid pensiya siyasəti yeridilir. Əvvəllər bu, indeksasiya ilə bağlı idi. İndi ümumi pensiya artımı hamıya eyni dərəcədə şamil olunur, hansısa kateqoriya kənarda qalmır”.
Bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
“Mən özüm artıq hakimlik pensiyası alıram. Bu, hakim pensiyasının 50%-ə qədəridir. Çünki mən hazırda deputat maaşı alıram. Bildiyim qədəri ilə, işləyən deputatlar deputat pensiyası almırlar. Heç kimdən soruşmamışam ki, pensiyası nə qədərdir, ona görə də konkret rəqəm deyə bilməyəcəm”, - T.Kərimli bildirib.
Qeyd: Tahir Kərimli 1992–1993-cü illərdə Ali Məhkəmənin sədri vəzifəsində çalışıb.