Əli Kərimli ilə bağlı ŞOK FAKTLAR açıqlandı


BAXCP sədrinin müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı “Elçi.az” saytına Əli Kərimli ilə bağlı şok faktları açıqlayıb.

 Sozcu.info həmin müsahibəni olduğu kimi təqdim edir:

– Niyaməddin bəy, Əli Kərimli seçkini tamaşa adlandırıb, İlham Əliyevi özünə rəqib təyin etməkdə ittiham edib. Onun dediklərinə münasibətinizi bilmək istərdik.

– Əli Kərimli ciddiliyini itirmiş birisidir. Sürtükşənliyinə görə iqtidar onunla əməkdaşlıqdan imtina edib. Həm də təkcə onunla yox, Gültəkin Hacıbəyli və Cəmil Həsənli ilə. Gənc jurnalistlər və siyasətçilər 10-15 il bundan öncəki yaxın tariximizi araşdırsınlar hər şey gün kimi bəlli olacaq. O zaman İrandan girib Rusiyadan çıxan, indi düşmən ölkəyə sığınan Qənimətlərin, CNN-də,xarici telekanallarda iqtidarı göylərə qaldıran, neft pullarının xalqımız üçün necə gözəl xərclənməsindən danışan, Bakıya Oğuzdan su çəkən İlham Əliyevi Hacı Zeynalabdin Tağıyevlə müqayisə edən Sevinclərin pula görə narazı qalıb indi yalnız İlham Əliyevə deyil xalqımıza qarşı düşmənçilik etmələrinin səbəbləri bəlli olacaq. Onlar elə bilirlər ki, gənc nəsli aldada bilərlər. Əli Kərimlinin bir əli iqtidarın digəri Qərbdəki ermənipərəst dairələrin cibindədir. Bəzən ermənipərəst ağaları təzyiq edəndə cızığından çıxır, onda da iqtidar yumşaq yerinə bir şillə vurub, ayıldıb kəndinə qaytarır. Ona həmişə rol veriblər elə bilir hamı roldadır. Tələbə olanda Cəmil Həsənli ilə BDU-nun rektoru Mirabbas Qasımovun kabinetindən çıxırmırdı, onun tapşırıqlarını yerinə yetirirdi.1990-cı ilin 20 Yanvarında sovet qoşunları Bakıya girib dinc insanlara divan tutandan sonra Moskvada “Krasnaya Zvezda” qəzetində onun Müdafiə Komitəsinin üzvü olması barədə vəsiqəsi çap olunmuşdu və deyilirdi ki, orduya müqavimət göstərilib, ona görə ordu silahdan istifadə edib. Soruşmaq lazımdı ki, onu Müdafiə Komitəsində Rəhim Qazıyev və Nemət Pənahlı ilə kim bir araya gətirmişdi? Vəsiqəsi Moskvada çap olunan şəxs niyə Bakıda kütləvi həbslər keçirilsə də həbs olunmadı? Onun vəsiqəsi necə Moskvaya gedib çıxmışdı? 1991-ci ilin aprelində AXC-nin BDU təşkilatı Universitetin qarşısında aprelin 27-də Azərbaycanın Rusiya tərəfindən işğalının ildönümü ilə əlaqədər mitinq təyin etmişdi, bunun qarşısını ala bilməyən Əli Kərimli həmkarlarını təxribatda ittiham edib AXC-dən istefa verdiyini bəyan edib İdarə Heyətinin iclasından çıxıb getmişdi. Sonra kim tərəfindən yenidən AXC-yə qaytarıldı?Krasnaya Zvezda qəzetinin nüsxələrinin qohumu və kəndlisi Rəhim Hacıyev Bakıda bir-bir kiosklardan yığışdırıtdırdı ki, birdən gənc komsomolun kimliyi barədə şübhələr yaranar. Qüdrət Həsənquliyev, o zaman BDU-nin AXC təşkilatının İdarə Heyətinin üzvləri bu barədə çox müsahibələr veriblər. İndi Rəhim də xaricdə oturub ağzına gələni danışır. Əli Kərimli bu barədə danışsın. Xalqa onu da izah etsin ki, niyə 2003-cü ildə eyni komandada olduğu İsa Qəmbərin yox, Elçibəyə qarşı qiyamı dəstəkləmiş Etibar Məmmədovun xeyrinə namizədliyini geri götürdü? Niyə 2001-ci ildə ABŞ-da Ki-Vest danışıqları zamanı niyə mitinqi təxirə saldı? Cavab bəllidi. Çünki iqtidar tapşırmışdı ki, İsa Qəmbərin səsini parçalasın. Müstəqilsənsə, cəsarətin varsa seçkiyə qatıl. Hazırda iqtidar onu kənarda saxlayıb digər namizədlərin üstünə qısqırdır, onları Kərimlinin vasitəsilə gözdən salmaq istəyir. Bu xaricdəki ermənipərəstlərin də işinə yarayır. Kərimlidən soruşmaq ki, 2001-ci ildə ABŞ-da Ki-Vest danışıqları zamanı niyə mitinqi təxirə saldın? Çünki onda da ermənipərəst dairələrin tapşırığı ilə səfir yanına çağırıb tapşırmışdı ki, mitinqi təxirə salın. Həm də təkcə onu yox. Budur bu adamın mahiyyəti. Onun kimiləri ifşa etmək lazımdı, amma dediklərinə əhəmiyyət vermək lazım deyil.



Oxşar Xəbərlər

Xəbər lenti