30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
23-10-2024, 18:37
18-10-2024, 10:38
Ölkədə ekoloji terror davam edir. Həm də acımasızcasına...Keçən gün bu barədə birinci YAZIMI təqdim etmişdim.Qeyd edim ki, birinci yazımdakı faktlarla bağlı müxtəlif reaksiyalar almışam. Bu barədə növbəti yazımda ayrıca danşacam. İndi isə keçək faktların davamına...Keçən yazımda vurğulamışdım ki, ETSN-nin «qara kassası» adlandırılan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”nin sədr müavini Azər Məcid oğlu Şükürov məmur ola-ola biznes fəaliyyəti ilə də məşğul olur. «Azinterpartlayış X»və »AzGeo» MMC şikrətləri ölkədə partlayış işi ilə məşğul olan nadir şirkətlərdəndirlər. Öz sahələrində rəqiblərinin az olmasına baxmayaraq onları şərləyərək və ya rəsmi post tutan yaxınlarının imkanları ilə bazardan çıxartmaqdan çəkinmir.Və onun bu əməlləri barədə hüquqi araşdırmalara başlanıldığı da deyilir.Yeni xəbərlərə görə, sonuncu dəfə Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrin də arxasında nazir Muxtar Babayevlə onun kassası Azər Şükürovun izi görünür. Onlar mütəmadi olaraq həmin kənddə fəaliyyət göstərən «Anglo Asian Mining» şirkətindən kifayət qədər yüksək məbləğlərdə "şirinlik" aldıqları üçün cənab Prezidentə belə yalan danışmaqdan çəkinməmişlər.Onlar baş verən neqativ halda şirkəti qorumağa və hadisənin günahını rayon icra hakimiyyətinin üstünə atmağa çalışmışlar. Lakin, icra hakimiyyətinin vaxtında problemlə bağlı yazdığı məktublar xilasedici rol oynamışdır. Əsas düşündürücü məqam barəsində cinayət işi olan, rəsmi dövlət postu tutan bir şəxsin sahibkarlıqla məşğul olması və bu qədər arxayın olmasına səbəb, himayədarı Muxtar Babayevin məqsədinin nə olmasıdır?Cavab isə çox sadədir, Muxtar Babayev nazir olduğu müddət ərzində ona bu qədər yüksək məbləğlərdə gəlir gətirən ikinci bir şəxs olmamışdır. Azər Şükürovun şirkətlərinə hal-hazırda ; “Azinterpartlayış - X” (VÖEN - 1001709311) - Cəlilov İsrafil Ziyatxan oğlu (Azər Şükürovun qızının həyat yoldaşı) , “Azərbaycan Geologiyası” (VÖEN - 1303160161) - Şükürlü Nigar Azər qızı (Azər Şükürovun qızı) rəhbərlik edirlər.DİA.AZ (Ərsoyun Bloqu)Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...