Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - Vilayət Eyvazovla Səfər Mehdiyevə müraciət

Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir?

 

Tanınmış vəkil Əkrəm Həsənov Yeni il bayramı ərəfəsində pirotexniki məmulatların ölkəyə gətirilməsinin və satılmasının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi üçün Daxili İşlər naziri Vilayət Eyvazova və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət ünvanlayıb.

 

Ə.Həsənov qeyd edib ki, hər Yeni il bayramında ölkədə kütləvi şəkildə pirotexniki məmulatlar partladılır:

"Hər Yeni il bayramında ölkədə kütləvi şəkildə pirotexniki məmulatlar partladılır. Nəticədə yaralananlar və psixoloji sarsıntı keçirənlər olur, o cümlədən körpələr, xəstələr və qocalar arasında. Pirotexnika hətta liftlərdə də partladılır və nəticədə onlar sıradan çıxır. Başqa mənfi nəticələr də olur. Partapart əsnasında hər hansı cinayət törədilsə, heç eşidilməyəcək də! Halbuki, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanunun 9-cu maddəsinə əsasən partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalara aid edilib. Yəni mülki dövriyyənin yalnız müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalardır. Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? Şəhər və rayonlarda polisin gözü qabağında sərbəst şəkildə necə satılır?”/"Yeni Sabah”/



Oxşar Xəbərlər

Xəbər lenti