Tanınmış jurnalistdən maraqlı təklif : "İlk rektorun nəvəsinə də medal verilsin"

 

Tanınmış jurnalist Səbuhi Məmmgdli maraqlı təkliflə çıxış edib. O, Facebook səhifəsində BDU-nn ilk rektoru Vasili Razumovskinin nəvəsinin universitetin 100 illiyi ilə bağlı medalla təltif olunmasını təklif edib.

Sozcu.info -un xəbərinə görə, S.Məmmədli bildirib ki, bir neçə il əvvəl BDU-nun dəstəyi ilə ilk rektor Razumovskinin Yesentukidə baralyefi qoyulub, onun qəbirüstü abidəsi abadlaşdırılıb, ilk rektorun ev muzeyi ziyarət edilib. Həmin tədbirə Razumovskinin hazırda Uruqvayda yaşayan nəvəsi Fyodor Boqorodski də dəvət edilib. O, həmin mərasimdə çıxış edib, babasının xatirəsini yaşatdığı üçün Azərbaycana öz minnətdarlığını bildirib.

Jurnalistin dediyinə görə, BDU-nun ilk rektorunun yubiley medalı ilə təltif edilməsi də bir vəfa borcu olardı.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}