8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hazırda "Bakı Metropoliteni"nin qarşısında duran əsas tapşırıq paytaxtda yeni stansiya və xətlərin tikintisidir.
Sozcu.info bildirir ki, bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metropolitenin yaxın gələcək planları ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, 2020-ci il ərzində Bakıda yeni metro stansiyasının işə düşməsi gözlənilir:
"Hazırda "B 3" stansiyasının əsas tikinti işləri başa çatıb. Stansiyanın qatar yolu hazırdır və mərmər döşənməsi işləri gedir. İşlər qaydasında gedərsə, "B 3" stansiyası il ərzində sərnişinlərin istifadəsinə veriləcək".
B.Məmmədov deyib ki, regionlarda metro stansiyalarının tikintisi barədə "Bakı Metropoliteni"ndə heç bir müzakirə aparılmır: "2011-ci ildə Azərbaycan Prezidenti tərəfindən "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi" təsdiqlənib. Bu sənədə əsasən ölkənin digər regionlarında metro stansiyalarının tikintisi planlaşdırılmır".