Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
Messi daha bir rekord qırdı
Afaq Gəncəli TANINMAZ HALDA
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycan Vətən müharibəsini beynəlxalq güclərlə razılaşdırıbmı
- rəy
Sentyabrın 27-dən etibarən Ermənistanın təxribatına cavab olaraq, Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlayıb. Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı sürətlə azad edir.
Əlbəttə, reallıq bundan ibarətdir ki, burada xalqın və Ali Baş Komandanın iradəsi, istəyi əsas rol oynayır. Fəqət bir gerçəklik də var ki, ötənlərdə müəyyən güclər əməliyyatları dayandırmaq üçün təzyiqlər edirdilər. O baxımdan bir çoxları iddia edir ki, bu dəfə əməliyyatlara xarici güclərin mane olmaması da azadlıq müharibəsinin öncədən beynəlxalq güclərlə razılaşdırılması ilə bağlıdır.
Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva bu gün qələbənin memarının məlum olduğunu söylədi: “Avropa Birliyinin enerji təhlükəsizliyində yüksək rolu və geosiyasi əhəmiyyəti olan Azərbaycanın ərazi bütövlüyünün təmin olunması regionda sülh və təhlükəsizlik üçün ən vacib məsələ idi. 27 il idi ki, Ermənistanın aqressiv siyasəti qitələrarası strateji keçid olan Cənubi Qafqaz regionunun iqtisadi perspektivini və regionun qitələrarası tampon zona kimi imkanlarını azaldırdı.
Burada bir neçə məqamı xüsusu olaraq xatılatmaq istəyirəm:
2018-ci ildə Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna tək Almaniya üçün deyil, həmçinin Avropa Birliyi üçün xüsusi önəm daşıdığını strateji səfəri baş tutdu.
Cənubi Qafqaza səfərdən öncə xanım Merkelin Rusiya prezidenti Vladimir Putinlə Berlində kifayət qədər uzun zaman çəkən görüşü baş tutmuşdu. Həm görüş, həm də səfəri iqtisadi maraqlar ətrafında, Cənubi Qafqaz ölkələrinin Avropa Birliyinin enerji diversifikasiyası üzrə rolu və əhəmiyyəti məsələləri ətrafında müzakirələrlə keçmişdi.
Müzakirələrin mühüm hissəsi, əlbəttə, regional təhlükəsizlik, Cənubi Qafqazdakı konfliktlər və onların Avropanın enerji təhlükəsizliyinə və birliyin regiondakı iqtisadi maraqlarına yarada biləcəyi təhdidlər haqqında idi.
Əsasən isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid müzakirələr yer almışdı.
A.Merkelin Bakıda apardığı danışıqlarda Cənubi Qafqazda regional təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas hissəni təşkil etdi. Müzakirələr zamanı Angela Merkel “Ermənistanda yeni hökumətin qurulması bəlkə də Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara təkan verilməsinə səbəb ola bilər” kimi sadəlövh bir fikir işlətmişdi.
Bu səfərdən bir neçə gün sonra isə ABŞ prezidenti Donald Trampın Ermənistan baş naziri Nikol Paşinyana gecikmiş bir təbrik məktubu ünvanlandı.
ABŞ xalqı adından Ermənistan rəhbərini müstəqilliklərinin 27-ci ildönümü ilə bağlı 3 ay gecikmiş təbrik məktubunda Tramp yaxın aylarda Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində yaxşı imkanların açıldığını vurğulamışdı.
ABŞ prezidenti bildirib ki, bu imkanların ABŞ-Ermənistan münasibətlərinin inkişafında da yeni səhifə açacağına ümid edir.
Tramp ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ uzun illərdir bu konfliktin həlli istiqamətində səylərinin sadalayaraq, konkret vaxt göstərərək, yaxın aylarda Dağlıq Qarabağ probleminin həlli istiqamətində imkanların olacağına işarə edirdi.
Bu o zamanlar idi ki, Ermənistan hakimiyyətinə, dəyişən qlobal siyasi müstəvidə Cənubi Qafqazın region olaraq artan rolunda konfliktin həllində daha öncələr sərgilədiyi qeyri-konstruktiv yanaşmanın qəbul olunmayacağı və konfliktin həllində siyasi, diplomatik üsulların nəticə verməməsinin hərbi üsulların istifadə olunmasını qaçılmaz etdiyi demək olar ki, hər gün xatırladılırdı.
Regionda iqtisadi maraqları olan tərəflərin Ermənistana siyasi və diplomatik təzyiqini artırması ilə nəticələnirdi.
Regionun strateji vacib ölkəsi kimi Azərbaycan və onun Prezidenti öz strateji tərəfdaşları ilə danışıqlarının nüvəsini məhz konfliktin həllində real səylərinin artırılması tələbi təşkil edirdi və şəxsi təşəbbüsü və israrı üzərindən mövcud status-kvonun saxlanması ilə razılaşmırdı.
Hər imkandaca Azərbaycan tərəfi işğal olunmuş ərazilərinin azad edilməsində güc faktorundan istifadə məcburiyyətində qalacağını qeyd edirdi
Ülkər Piriyeva: “Pompeo ilə gözlənilən görüş onu göstərir ki...”
Azərbaycan Prezidenti İlham Əliyevin illər ərzində formalaşdırdığı Cənubi Qafqazın iqtisadi reallıqlarında istər ABŞ, istərsə də Avropa İttifaqı üçün mövcud status-kvonun saxlanması hər gün daha çox qəbuledilməz olurdu.
Azərbaycanın, şəxsən İlham Əliyevin operatorluğunda Cənubi Qafqaz regionda gedən, dövlətlərin iqtisadi, diplomatik və təhlükəsizlik sferalarında mövcud münasibətlərin inkişaf etməsi və güclənməsinə xidmət bu proseslər münaqişənin həllinə yeni imkanlar yaradırdı".
Politoloq deyir ki, regiondakı güc mərkəzləri Azərbaycan Prezidentinin qurduğu, uzunmüddətli strategiyanın üzərindən Dağlıq Qarabağ konfliktinin həll edilməsində və Azərbaycanın öz ərazi bütovlüyünü bərpa etməsində haqlı mövqeyini dəstəkləməyə məcburdurlar:
“Bugünkü qələbələrin bir memarı var: Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu”.
Politoloq Ülkər Piriyeva isə dedi ki, bu məsələlərlə bağlı indiyə kimi fərqli fikirlər səsləndirilir: “Bəziləri deyirlər ki, Bakı Moskva ilə razılaşıb, Ankara Moskva ilə razılaşıb və s. Amma bu bir reallıqdır ki, Azərbaycan səbrlə 30 ilə yaxın müddətdə gözlədi. Bütün danışıqlardan kənara çəkilmədi, maksimum şəkildə edə biləcəyi güzəştləri həmsədrlərə, həmsədr ölkələrə həm ikitərəfli görüşlərdə, həm də digər formatda həyata keçirilən görüşlərdə, Azərbaycan öz istəyini, ata biləcəyi addımları, hansı kompramis variantlar mümkündürsə, onları açıqladı. Yəni dəfələrlə Azərbaycan dialoq qapısını açıq tutdu və 30 ilə yaxın bir müddət ərzində, daha dəqiq desək, 28 il ərzində bu danışıqlardan heç vaxt qaçmadı. Yəni ümid edirdi ki, bu məsələlər dialoq, diplomatiya yolu ilə öz həllini tapacaq.
Daha sonra baş verənlər göstərdi ki, məsələnin dialoq, diplomatiya yolu ilə həlli variantı mümkün deyil. Ən son dövlət başçısının yerli və xarici mətbuat orqanlarına verdiyi müsahibələrdən belə bir məqam aydınlığa qovuşub ki, onlar Laçın və Kəlbəcər məsələsində fikirlərini tamamilə dəyişiblər. Lakin bu, Azərbaycan üçün dəyişməz bir məsələydi. Yəni açıqlanan məqamlardan bəlli oldu ki, Ermənistan danışıqlar masasında axıra kimi sözünün üstündə durmayıb, öz mövqeyini dəyişib. Cənab Prezidentimizin son 3-4 ay ərzində bir neçə açıqlamaları var idi, orada da dəfələrlə bildirmişdi ki, Ermənistan müharibəyə, təxribatlara hazırlaşır. Bunun da səbəbləri var idi. Ermənistan rəhbərliyi ölkə daxilində sosial-iqtisadi problemləri həll edə bilmədiklərinə görə diqqətləri cəbhə xəttinə yönəldirdi.
Təbii ki, yaxşı bir tarixi fürsət var idi, yaxşı bir zəmin yaranmışdı, Azərbaycan bu fürsəti dəyərləndirdi. Azərbaycanı bu gün heç kim ittiham edə bilmir. Çünki beynəlxalq təşkilatların-BMT-nin, Avropa Parlamentinin, Avropa Şurasının və digər nüfuzlu təşkilatların qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur və Azərbaycan öz ərazilərində hazırda bu müharibəni aparır. Eyni zamanda bu da bir reallıqdır ki, digər dövlətlərin bu məsələlərə baxışı, verilə biləcək reaksiyalar hamısı hesablandı və bu hesablamaların nəticəsində əks-hücum əməliyyatlarına başlamaq əmri Bakıda verildi. Azərbaycan Prezidenti tərəfindən belə bir əmr, tapşırıq verildi ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamaqla Azərbaycanın işğal altındakı torpaqlarını azad etsin. Amma yenə müharibə davam edir, lakin müharibənin gedişində, “humanitar atəşkəs” məsələsində Bakı yenə də geri addım atmadı. Bildirildi ki, Ermənistana sonuncu şanslar verilir. Bu, Ermənistan üçün indiki halda, yaxşı bir fürsətdir ki, öz hərbçilərini, əsgərlərini xilas etsin. Birmənalı şəkildə, əks-hücum əməliyyatlarına başlamaq əmri Azərbaycanın ali rəhbərliyi, Prezident tərəfindən verilib. Mövcud durum qiymətləndirilib və doğru addım atılıb. Çünki 30 ilə yaxın bir müddət ərzində qarşı tərəfin güclü bir istehkamı, müdafiə səddi var idi. Güclü bir mif yaranmışdı ki, Ermənistan ordusu məğlubedilməzdir, onlar da belə bir düşüncədə idilər.
Lakin bütün bunların hamısını əzib keçmək, dağıtmaq üçün Azərbaycanın təbii ki, gücü, qüdrəti hesablandı, qiymətləndirildi və belə bir məqam yetişəndə də, Azərbaycan hakimiyyəti Azərbaycan Ordusu ilə öz sözünü deməyə başladı. Təxminən 1 aya yaxın vaxtdır ki, müharibə davam edir, işğaldan azad olunmuş ərazilərimizin coğrafiyasına baxdığımızda kifayət qədər uğurlu saymaq olar.
Murovdağ, Suqovuşan, Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Xocavənd və digər istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi, Azərbaycan Ordusunun peşəkarlığından, əməliyyatların yüksək taktika ilə aparıldığından xəbər verir. Təbii ki, baş verənlərlə bağlı Azərbaycan hələ də dialoq qapılarını bağlamayıb, supergüclərlə danışıqlar davam edir. Azərbaycan xarici işlər nazirinin Moskvaya işgüzar səfəri, ayın 25-də ABŞ dövlət katibi Mayk Pompeo ilə gözlənilən görüş onu göstərir ki, Azərbaycan məsələnin hərbi-siyasi həlli variantında maraqlıdır".
Oxşar Xəbərlər
Ərdoğan Qarabağla bağlı dünyaya səsləndi
Prezidentin köməkçisi Ermənistanın təxribatından danışdı:"Avropa İttifaqı aqressor ölkə ilə aqressiyaya məruz qalmış ölkə arasında fərq qoymalıdır"
"Sülh danışıqlarına inanmıram" - Şuşanın icra başçısı
Türkiyə XİN başçısı:“Azərbaycanın torpaqlarını təkbaşına azad etməyə gücü çatır"
Xəbər lenti
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK