Paşinyan bir neçə saat əvvəl bu ərazinin Azərbaycana verilməsi ilə bağlı sənəd imzalayıb - ŞOK İDDİA

"Bir neçə saat əvvəl baş nazir Nikol Paşinyan Kərkini təhvil vermək barədə sənəd imzalayıb”.
Sozcu.info xəbər verir ki, bu barədə erməni bloqqer Mika Badalyan "Telegram” kanalında məlumat yayıb.
Ermənistanın ”Pastinfo” nəşri Ermənistanın müvafiq orqanlarından şərh almağa çalışsa da, bir neçəsi ilə baş tutmayıb. Ermənistan Xarici İşlər Nazirliyindən telefon zənglərinə cavab verməyiblər. Növbəti cəhddən sonra Ermənistan XİN ilə əlaqə saxlamaq mümkün olub və onlar cəfəngiyatları şərh etməyəcəklərini deyiblər. 
Nazirliyin mətbuat katibi Vahan belə bir şeyin olmadığını dilə gətirib.
"Paşinyan bir sənəd imzalamayıb. Bu sənədə əsasən, Kərkinin Azərbaycana təhvil verilməsinə dair mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatı axmaqlıqdır”, - deyə o, qeyd edib.
Ermənistan parlamentinin "Mənim addımım” fraksiyasının üzvü Hovik Ağazaryan belə bir şeyin olmadığını bildirib: "Mən öz tərəfimdən əmin şəkildə deyə bilərəm ki, bu, heç vaxt olmayacaq”.


Oxşar Xəbərlər

Xəbər lenti