Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
Prezident qəbul keçirdi -
Fotolar
AHİK işçinin səsinə çevrilməlidir, susqun quruma yox
SON DƏQİQƏ:
Tanınmış jurnalist SAXLANILDI - FOTO
Azərbaycanlılar bu ölkədən deport olundu
Azərbaycanlılar bu ölkədən deport olundu
Bakıda 6500 manata ev elanı -
"Dələduzların fırıldaq metodu"
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
Dünən, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
Dünən, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Qarabağdakı ermənilərə ən yüksək status veriləcək -
Azərbaycan vətəndaşlığı
Ekspert: “Xankəndində yaşayan ermənilərin mer seçkisində namizədi ola bilər”
Qarabağda yaşayan ermənilərin statusunun necə olacağı barədə söz-söhbətlər, müzakirələr səngimək bilmir. Bu məsələyə artıq vergül yox, nöqtə qoymaq zamanıdır. Çünki ermənipərəst dairələrin iddiaları artmağa, ürək bulandırmağa başlayır. Halbuki Prezident İlham Əliyev işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı da aydın şəkildə bəyan etdi ki, Qarabağın müəyyən hissəsində yaşamaq istəyən ermənilərə Azərbaycan vətəndaşı kimi bütün hüquqları veriləcək. Yəni ermənilərə bundan yüksək status yoxdur. Niyə də 40-50 min erməni digər etnik millətlərdən fərqli olaraq xüsusi statusa malik olmalıdır?!
Azərbaycanda ermənilərdən çox ruslar, talışlar və digər millətlər yaşayırlar, bütün insanlar bu ölkənin vətəndaşıdır, eyni hüquqlara sahibdirlər. Ona görə də Xankəndində və başqa yerlərdə qalacaq ermənilərə Azərbaycan vətəndaşlığından ali status verilməsi olmayacaq. Neçə illərdir xəstə ideyanın, yalançı “dövlət quruculuğunun” girovuna çevrilmiş ermənilərə bundan yaxşı nə status ola bilər ki? Ümumiyyətlə, bu mövzu sosial mediada daha çox müzakirə edilir. Hətta bəzi azərbaycanlılar gələcəklə bağlı son dərəcə pessimistdirlər, problemin kökündən həll olunmadığını, Dağlıq Qarabağda ermənilərə qarşıdakı illərdə hansısa status verilə biləcəyini düşünürlər. Eyni zamanda bəzi ermənipərəst rus media orqanları xəbərlər yayırlar ki, guya onlara Rusiya pasportu paylanacaq, ərazi “anklava çevriləcək” və sair... Halbuki tək reallıq var - Azərbaycan pasportu ilə bizim vətəndaş kimi yaşamaq, qanunlarımızı qəbul etmək və daha yaxşı rifah, daha yaxşı həyat...
Azər Badamov
Bu mövzuda fikirlərini bölüşən deputat
Azər Badamov
“Yeni Müsavat”a bildirdi ki, Dağlıq Qarabağın taleyi üçtərəfli bəyanatda öz həllini tapıb. Onun sözlərinə görə, həmin bəyanatda Qarabağın heç bir statusu nəzərə alınmır. Deputat hesab edir ki, Dağlıq Qarabağda qalmaq istəyən ermənilər Azərbaycanın digər vətəndaşları kimi həyatını qurmalıdırlar. “Hazırda Rusiya sülhməramlıları orada fəaliyyət göstərir və bölgənin təhlükəsizliyini təmin edir. Ancaq o demək deyil ki, onlara hansısa status veriləcək, müstəqillik tanınacaq, ayrıca bir muxtariyyət olacaq. Bu iddialar və söhbətlər kökündən məntiqsiz ifadələrdir. Sadəcə, Paşinyan hakimiyyəti devrilmək üzrədir və Ermənistan iqtidarı, o cümlədən digər qüvvələr status məsələlərini ortaya atmaqla erməniləri sakitləşdirməyə, aldatmağa çalışırlar”, - deyə A.Badamov vurğuladı.
Deputatın fikrincə, Azərbaycanın torpaqları işğaldan azad edilib, üçtərəfli bəyanatda hər hansı status məsələsi dilə gətirilməyib, Ermənistan hərbi kapitulyasiyasına imza atıb:
“Bu sənəddə Qarabağın gələcək taleyi öz əksini tapıb. Ona görə deyilən fikirlərin heç bir əsası yoxdur. Qarabağdakı ermənilər çoxmillətli ölkə olan Azərbaycanda hamı kimi vətəndaşlarımız olacaqlar, qanunlarımızla yaşayacaqlar.
Eyni zamanda Xankəndi və digər rayonlar da inzibati Azərbaycan ərazisi kimi fəaliyyət göstərəcəklər. Odur ki, gələcəkdə hər hansı status vədi erməni əhalisini aldatmağa hesablanıb".
Natiq Cəfərli
Deputat qeyd etdi ki, Prezident Azərbaycanın mövqeyini tam ifadə edib, heç bir status olmayacağını Cəbrayıl şəhərinin mərkəzində söyləyib və insanlar yalnız dövlət başçısının sözlərinə inansınlar. REAL Partiyasının icraçı katibi Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın döyüş meydanında əldə etdiyi hərbi qələbələrdən sonra çətin diplomatik danışıqlar uzun müddət davam edəcək. Onun fikrincə, ermənilərə status məsələsi həm ATƏT-in Minsk Qrupu, həm Rusiya tərəfindən tez-tez gündəmə gətirilə bilər:
“Amma buna hazır olmalıyıq. Məsələnin ən yaxşı həlli yollarından biri yeni konstitusiyanın qəbul olunmasıdır. Bu halda yerli özünüidarəetmə forması yaradıla bilər. Məsələn, mer seçkiləri tətbiq etməklə problemi həll edə bilərik. Onsuz da Avropa Şurası qarşısında öhdəliyimiz var, bu səbəbdən yerli özünüidaretməni gücləndirməliyik”.
N.Cəfərli hesab edir ki, yeni qaydaların tətbiq olunması ən yaxşı yoldur:
“Tutaq ki, Xankəndində yaşayan ermənilərin mer seçkisində öz namizədi ola bilər, hətta seçilməsi mümkündür. Bununla da status məsələsi həllini tapmış olacaq. Ona görə biz danışıqlarda mütləq şəkildə yerli özünüidarəetmə məsələsini gündəmə gətirməliyik, yeni hüquqi baza yaratmalıyıq”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. Xarici işlər nazirinin müavini Andrey Rudenko danışıqların gələcəyi ilə bağlı bəzi detalları diqqətə çatdırıb.
“Dağlıq Qarabağın statusunun müəyyənləşməsi üçün təxmini vaxt müəyyən edilməyib. Bundan başqa, rəsmi Bakının Qarabağa xüsusi status verməmək niyyətinin münaqişədə yeni gərginliyə yol açmayacağına ümid edirik. Həmçinin Ermənistandakı daxili qeyri-stabilliyin Qarabağ razılaşmasının pozulmasına səbəb olmayacağını düşünürük”
, - deyə bildirib.
“Bəli, belə problem mövcuddur. Qarabağın yekun statusu nizamlanmayıb, biz bugünkü ”status-kvonu, mövcud vəziyyəti saxlamaq barədə razılığa gəlmişik"
. Bu fikirləri isə Rusiya prezidenti Vladimir Putin “Rossiya 24" telekanalının efirində söyləmişdi. Rusiya prezidenti əlavə edib: ”Sonra nə olacaq - bunu gələcəkdə, ya da gələcək rəhbərlər, bu prosesin gələcək iştirakçıları həll etməlidirlər. Lakin fikrimcə, əgər normal həyat, Azərbaycan və Ermənistan, məişət səviyyəsində insanlar arasında, xüsusən də münaqişə zonasında, münasibətlərin bərpa olunması üçün şərait yaradılsa, bu, Qarabağın statusunun müəyyən edilməsi üçün də şərait yaradacaq".
Bu arada Rusiya KİV-nin məlumatına görə, Dağlıq Qarabağın “müstəqilliyinin tanınması” barədə qətnamə Fransa Senatına daxil olub. Bu barədə Fransa parlamentinin yuxarı palatasının rəsmi saytında xəbər verilir. Layihəni müxtəlif fraksiyaları təmsil edən 5 senator - Bryuno Retayo (respublikaçılar qrupunun rəhbəri), Patrik Kanner, Erve Marsel (lSentristlər ittifaqı» qrupunun rəhbəri), Elian Assasi və Qiyom Qotar irəli sürüb. Əslində bu hərəkəti ilə Fransa parlamenti ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq, bu beynəlxalq təşkilatın nüfuzunu ələ salmış olur və ötən illər ərzində onun fəaliyyətini sabotaj etməklə beynəlxalq səviyyəli təxribata baş vurduğunu ortaya qoyur.
Oxşar Xəbərlər
“Ermənilərə necə nifrət etməyək?”
“BƏYANATDA DAĞLIQ QARABAĞIN STATUSU HAQQINDA BİR KƏLMƏ DƏ YOXDUR” -
“180 milyona yaxın insan Şuşa xəbəri gözləyir” –
İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunmuş rayonlarda
Xəbər lenti
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
16 yaşlı Vüsalın da meyiti tapıldı
Prezident qəbul keçirdi -
Fotolar
Bu ərazilərdə qaz olmayacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Türkiyədə hava limanında insident -
Polislər yaralandı
Şimşək çaxır, yağış yağır -
FAKTİKİ HAVA
AHİK işçinin səsinə çevrilməlidir, susqun quruma yox
YAŞLILAR KRESLODAN "QALXMAQ" İSTƏMİR, GƏNCLƏR İSƏ... \
– Statistik göstəricilər nəyi ortaya qoyur?
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
Tramp Ərdoğanla görüşdə CAATSA və F-35 məsələlərindən danışdı
SON DƏQİQƏ:
Tanınmış jurnalist SAXLANILDI - FOTO
Azərbaycanlılar bu ölkədən deport olundu
Azərbaycanlılar bu ölkədən deport olundu
Avqustda iş olmayan günlər -
Hansılardır?
Bakıda 6500 manata ev elanı -
"Dələduzların fırıldaq metodu"
Məktəbli forması ilə bağlı yeni dəyişikliklər
Bakıda avtomobil iki yerə bölündü -
xəsarət alanlar var - Video
Bir stəkan çay müalicəni puç edə bilər
Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI -
Çox güclü olacaq
Abituriyentlər üçün VACİB XƏBƏR -
Bu tarixə qədər sənədlər təqdim olunmalıdır
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
Bir ailənin dörd üzvü dənizdə batdı, ikisi...
Hansı hallarda xəbərdarlıq etmədən işdən çıxmaq olar?
Vəhşi fil 14 il bir ailəni təqib edib, onları tapıb və öldürüb
Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...
Bu rayonlara 3 gün güclü yağış yağacaq, sel gələcək -
Xəbərdarlıq
ŞOK ƏMƏLİYYAT – 48 nəfər saxlanıldı -
200 milyonluq DƏLƏDUZLUQ
Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi
Sabah çimərliklərdə hava necə olacaq?
İlham Əliyev Artur Piter Mutarikaya təbrik məktubu göndərdi
Həbs edilən "Arzum" ləqəbli tiktoker cəza ilə razı deyil -
Apellyasiya şikayəti verdi
Bir ailənin 3 üzvü yol qəzasında öldü
Fantastik qarət:
zərgərlik xəzinəsi oğurlandı
Köhnə su sayğacları tarixə qovuşur:
Milyonlarla abonenti gözləyən yenilik
SON DƏQİQƏ!
Əhaliyə sarı xəbərdarlıq edildi
Şuşa və Laçını dolu vurdu
20 yaşlı qız çimərlikdə boğuldu
"Arzum 9999" ilk dəfə danışdı: O, vəkilinə nə dedi?
Müayinə üçün xəstəxanaya getmişdi - Öldü
Oğlu Leyla Əliyeva ilə arxiv FOTOsunu paylaşdı
Azərbaycanda zəlzələ olub
Azərbaycanda bazar günü çimərliklərdə 25 dərəcəyədək isti olacaq
Zaur Kamal ağır qəzaya düşdü: Avtomobili yararsız haldadır -
Foto
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bu ərazilərdə qaz olmayacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Şimşək çaxır, yağış yağır -
FAKTİKİ HAVA
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
Avqustda iş olmayan günlər -
Hansılardır?
Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI -
Çox güclü olacaq
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq