Rusiyada təhsil alanların nəzərinə: Koronavirus peyvəndi ilə bağlı göstəriş verildi

Rusiyadakı əcnəbi tələbələrin vaksinasiyası üçün ilk koronavirus peyvəndi artıq hazırlanıb.
TASS-ın məlumatına görə, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.
Onun sözlərinə görə təkcə başqa ölkədən olan tələbələr deyil, adi əcnəbilər də vaksin vurdura biləcəklər.
Qeyd edək ki, bundan əvvəl Moskva hökuməti miqrantların “Sputnik Light” koronavirus preparatı ilə vaksinasiyası üçün qiymət təyin etmişdi. Rusiya paytaxtında xidmət göstərən əcnəbi işçilərin və miqrantların pullu peyvənd məntəqələrində vaksin vurdura biləcəkləri deyilmişdi.


Oxşar Xəbərlər

Xəbər lenti