Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Bu məhsullar vergidən azad olundu
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
HƏKİMLƏR VAKSİN OLUNMUŞ ŞƏXSLƏRİN SİYAHISINA NECƏ MÜDAXİLƏ EDİR? - "Məcburiyyətin artması neqativ halların yaranmasına gətirib çıxarır"
Pandemiya Azərbaycanda səhiyyə sistemində vəziyyəti daha da qəlizləşdirib. Bir neçə baş həkimin korrupsiya ittihamı ilə həbs edilməsinə baxmayaraq, yenə də bu sahədə nizam yaratmaq mümkün olmur. Rəsmi məlumatlara görə, bu vəziyyət hökuməti də ciddi narahat edir. Bu səbəbdən də Hesablama Palatası artıq TƏBİB-də maliyyə yoxlamalarına başlayıb.
Operativ Qərargahın vaksinasiya ilə bağlı sərtləşmə qərarından sonra isə saxta vaksin pasportu verilməsinə görə həbslər də artıb. Son olaraq Sabunçu rayonunda yerləşən 11 saylı poliklinikanın qeydiyyatçısı Nəzrin Məmmədova, həmin tibb müəssisəsinin, eləcə də Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Gülnarə Mədətzadə və Vaqif Mirzəyevlə əlbir olaraq vətəndaşlardan 150 manat məbləğində pul alıb onlara vaksinasiyadan keçmədən peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri də məlum olub.
Bəs görəsən, səhiyyə sistemində neqativ hallar niyə bu şəkildə artır? Necə olur ki, 150 manat rüşvət alan adi həkimlər “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil olub, vaksin olunmuş şəxslərin siyahısına müdaxilə edə biliblər?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, bu portala icazəsi olan şəxslərin yol verdiyi haldır: “Hər həkimin bu portala daxil olmaq imkanı yəqin ki, məhduddur. Ancaq bu informasiya sistemini hazırlayan insanların vaksinasiya gedən poliklinikalarda, xəstəxanalardakı nümayəndələrinin imkanları var ki, yeni peyvənd olunanları bazaya daxil etsinlər. Bu olmadan mümkün olmazdı.
Osman Gündüz
Yəqin ki, proqram təminatı internet üzərindəndir və yeni peyvənd olunanların məlumatlarını bazaya daxil edirlər. Çox güman ki, bazanın yenilənməsi üçün vaksinasiya gedən səhiyyə müəssisələrinə bu portala giriş üçün icazə verilib. Sadəcə olaraq, bu imkandan sui-istifadə etməklə dediyiniz neqativ hallara yol açırlar. Orada hansısa müdaxilədən, kodların sındırılmasından, kənar müdaxilədən söhbət gedə bilməz. Monitorinqlər keçirilərək neqativ hallar aşkara çıxarıla bilər. Bu, elektron sistemin günahı yox, insan amilidir”.
Zülfüqar Yusifov
Tanınmış həkim Zülfüqar Yusifov isə “Yeni Müsavat”a danışarkən bildirib ki, məcburiyyətin artması neqativ halların yaranmasına gətirib çıxarır: “
Əlbəttə, vaskinasiya prosesinin sürətlənməsi və əhatə dairəsinin genişləndirilməsi olduqca vacibdir. Bu işə nəzarət də yüksək səviyyədə olmalıdır. Ancaq məsələnin kökündə dayanan səbəb odur ki, bu məhdudiyyətlər hərtərəfli qoyulanda vaksinasiya məcburi hala gəlib çıxır. Ancaq öncədən də deyildiyi kimi, proses könüllüdür. Görünür, “Delta” ştammının aktivləşməsi belə bir qərarın ortaya çıxmasına rəvac verdi. Neqativ hallara gəlincə, hüquq-mühafizə orqanları bununla məşğul olmalıdırlar. Vətəndaşlar da bu məsələyə məsuliyyətli yanaşmalıdırlar. Bu addımla nə virusdan, nə də digər məsələlərdən qaçmaq olmaz. Lakin məcburiyyət artdıqca həmin situasiyadan bir şəkildə çıxmaq istəyi olanlar da tapılacaq. Bu məsələ həm ictimai, həm də hüquqi nəzarət vasitəsilə həllini tapa bilər".
İnsanların vaksinlərə olan şübhə və qorxularına gəlincə, Z.Yusifov bunun bütün dünya səhiyyəsində bu istiqamətdəki qeyri-müəyyənliyin nəticəsi olduğunu vurğuladı:
“Vaksinlərin də müəyyən yan təsiri ola bilər. Bizim istifadə etdiyimiz müxtəlif dərman vasitələrinin də yan təsirləri ola bilər. İstənilən dərmanın onlarla yan təsirləri qeyd olunur, bəzi preparatların şok verə biləcəyi yazılır. Yəqin ki, vaksinlərin də yan təsiri var. Vaksinlərin hazırda ciddi bir yan təsiri yoxdur və dünya hələ də bu prosesi öyrənməkdədir. ÜST bu peyvəndlərə icazə verib. Dünyada milyardlarla insan yaşayır, onların hamısı vaksinasiya olunur. O insanların içində minlərlə insan var ki, müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkirlər və onların heç də hamısını seçib kənarlaşdırmaq olmur. Bunu ancaq təcrübə ortaya qoya bilər ki, hansı qrup xəstələrə vurmaq olmaz. Bu təcrübə də yeni-yeni yaranmaqdadır, çünki vaksinasiya prosesi də bir neçə aydır başlayıb. Milyonlarla insanın arasından kimlərinsə vaksin vurdurduğu gün ölməsi də mümkündür. Milyonlarla insanın bir neçəsinin ölümü vaksinlə üst-üstə düşürsə, bu əhəmiyyət daşımır, ancaq əlbəttə, araşdırılmalıdr. Ola bilər, yan xəstəliyi, allergiyası və ya başqa məsələ var. Necə ki, bu xəstəliyin özünün də hər bir insan immunitet dərəcəsindən asılı olaraq fərqli keçirdi. Bu, təkcə bizim ölkəmizə aid məsələ deyil, dünyanın hər yerində insanlar bu sualla üz-üzədir. ÜST yeni ştammın ortaya çıxması ilə bağlı yeni addımlar haqqında düşünür. Artıq üçüncü doza vaksin məsələsi gündəmdədir, təklif var ki, hətta 4-cü dəfə də vurula bilər. Bir təklif isə ondan ibarətdir ki, iki dozadan sonra üçüncüdə fərqli bir vaksin vurularaq kombinasiya olunsun. Bütün bunlar hamısı həll yolunun tapılması istiqamətində olan faydalı təkliflərdir. Ancaq hər biri elmi şəkildə tədqiqatlarla ortaya qoyulmalıdır. O zaman insanlar daha dəqiq seçim edə biləcəklər. Ancaq hazırda vaksin yeganə çıxış yoludur və pandemiyanın həlli üçün də qəbul olunan qərarlara haqq qazandırmaq olar”.
Oxşar Xəbərlər
Saxta vaksin sənədi satan həkimlər saxlanıldı
Saxta vaksin sənədi haqda məlumatla bağlı RƏSMİ AÇIQLAMA
Hər gün toyda olan müğənnilər vaksin vurdurublar? - Cavablar
Bir doza iki nəfərə vurulur, saxta sənəd satılır...
Xəbər lenti
Azərbaycanlı və erməni "qanuni oğru"lar saxlanıldı
Prezident:
“Odur ki, yenidən borc götürməyə başladıq”
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Prezidentdən ŞAD XƏBƏR -
Tezliklə.....
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
Kərim Vəliyev təltif edildi
Prezident:
Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Avro və rubl ucuzlaşdı, dollar isə... –
YENİ MƏZƏNNƏ
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"
Bu ərazilərdə qaz olmayacaq
Kürdəmirdə qəza: xəsarət alanlar var
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Bu sürücülər kəmər taxmaya bilər
Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ
Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi
Sələmə pul verən qadını öldürən qazi imiş... -
Qumarda 50 min manat uduzub
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Moskva ətrafında təxminən 60 PUA zərərsizləşdirilib
Məhərrəm ayı başladı
İrandan sonra növbəti hədəfini açıqladı
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
AÇIQLAMA – Tarix də açıqlandı
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
Milli Qurtuluşdan tarixi zəfərə
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Bu kəndlər qazsız qalacaq
Müğənnilərin fantastik toy qiyməti - Yarım saatı…
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
Bu ərazilərdə qaz olmayacaq
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır