Erməni zabit Qarabağda yoxa çıxdı: Azərbaycana təslim olub?

Avqustun 22-də saat 21:00 radələrində Ermənistan silahlı qüvvələrinin N saylı hərbi hissəsinin baş leytenantı Artur Borisoviç Davidyan yuxarı komandanlığın icazəsi olmadan daimi yerləşdirmə yerini tərk edib və bir müddət sonra onunla əlaqə kəsilib.
Sozcu.info"Armenian News"a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İlkin məlumata görə, baş leytenant Davidyan zəif görünürlükdə itib və Azərbaycan tərəfinə keçib.
Axtarış və xilasetmə işləri başlayıb.
Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan tərəfində erməni bir hərbçinin olub-olmadığına dair addımlar atılır.


Oxşar Xəbərlər

Xəbər lenti