"Türkiyə müdafiə sənayesinin inkişafı türk millətinin özgüvənini geri qaytarıb" - Rəşad Nəbiyev

Türkiyə dövlətinin milli müdafiə sənayesinin inkişaf etdirilməsi böyük türk millətinin özgüvənin yenidən geri qaytarıb.
Sozcu.info  Türkiyə bürosu xəbər verir ki, bunu “Texnofest 2021”dəki çıxışında Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyev deyib.
“Biz Türkiyə müdafiə sənayesinin gücünə bir daha Vətən müharibəsində şahid olduq. Azərbaycan və Türkiyənin dostluğu həm də birgə əməkdaşlığın əsas sütunudur. Hesab edirəm ki, gələcəkdə bu kimi tədbirlərin Azərbaycanda da keçirilməsi barədə danışıqlarımız səmərəli nəticə verəcək.”- deyə, o qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}