Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
Messi daha bir rekord qırdı
Afaq Gəncəli TANINMAZ HALDA
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
Neft yeni həftəyə bu qiymətlə başladı
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Xudayarla birlikdə Vətən nəğməsini oxuyan Mübariz və Polad...
Hələ bir il bundan öncə vətən həsrəti ilə illərdir sızlayan qəlblərimiz intizarla o müqəddəs günün gəlib çatmasını gözləyirdi. Torpaqlarımızın əsarətdən qurtulduğu, Xarı bülbülün azad olduğu, Şuşanın dağlarının bizi yenidən ağuşuna alacağı o müqəddəs günü...
Nəhayət əmr verilmiş, biz bu şanlı günün çatdığını yalnız Müdafiə Nazirliyi rəsmisinin “qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib” cümləsi ilə öyrənmişdik. Həmin an hər bir azərbaycanlının qəlbində cəbhədəki Vətən övladları üçün narahatlıqla yanaşı, iftixar hissi də yaranmışdı. Çünki o gün gəlib çatmış, qisas vaxtı yetişmiş, qovuşmağa az qalmışdı.
Bu anları sözlə ifadə etmək o qədər ağırdır ki, həm sevinirsən, həm də sevindiyin məhfumun kədərli olduğunu dərk edirsən. Bilirsən ki, Vətənin azadlığı qurbanlar tələb edir, ancaq özün də başda olmaqla bu yolda milyonlarla insanın qurban olmağa hazır olduğunu hər zərrəndə hiss edirsən.
Həm bir insanın həyatına son qoyulmasının nə qədər dəhşətli bir şey olduğunu anlayır, həm də vətəninə göz dikənlərin son nəfəsini görmək üçün hər vəchlə əlindən gələni etməyə çalışırsan.
44 günlük Vətən müharibəsinin başladığı həmin an bütün bu təzadların mübarizəsində bəlkə də ən böyük həqiqətin zühur etməsi idi. Azərbaycan xalqı bu işğal, Vətən həsrəti, qaçqın və köçkünlərinin yaşadığı əzablar, əsir götürülmüş və itkin düşmüş minlərlə insanının fəryadı ilə barışa bilməzdi. Keçirdiyimiz hər hissdə bir təzad yaşasaq da, ali həqiqət bizi sonradan devizimizə çevirəcək “Dəmir yumruq” kimi birləşdirmişdi...
Əslində illərlə Azərbaycan xalqı sanki sükuta bürünmüş, bir kənara çəkilib yaşadığı əzabların, itirdiklərinin yasını saxlayan bir topluma dönüşmüşdü. Bu toplumun ayağa qalxıb, bütün varlığı ilə düşməndən qisas alması, yaralı bir aslan kimi mübarizə meydanına atılması, yumruq kimi birləşib eyni amal uğrunda bir hədəfə yönəlməsi üçün uzun yol keçilmişdi.
Bu yolda bizə ilk sarsıntını yaşadan Mübariz İbrahimov idi. Öz qəhrəmanlığı ilə Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda hələ də ad-sanı şərəf və ləyaqət, qorxmazlıq, igidlik simvolu kimi yaşayan milli qəhrəmanımız. Hər birimiz o günləri yəqin ki, unutmamışıq. O günlərdə biz xalqımızın nəyə qadir olduğunu yenidən xatırlamağa başladıq. Təkbaşına düşmən üzərinə gedən bir vətən övladının bütün bir erməni xalqından daha böyük olduğunu gördük. Düşmənin Mübarizin müqəddəs nəşindən belə qorxduğunu, adı çəkiləndə tir-tir əsdiyini gördük. İllərlə gözümüzün önündə həqiqəti dərk etməyimizə əngəl olan o pərdəni Mübariz öz qanı ilə yox etmişdi. Biz artıq sadəcə gözümüzlə deyil, ürəyimiz, mənliyimiz, kimliyimizlə də kim olduğumuzu dərk edirdik. Biz Mübarizlər idik, biz Mübarizləri yetişdirən anaların övladları, biz Mübarizlərin böyüyüb boya-başa çatdığı Vətənin bir parçası idik, biz Mübarizlərin damarında daşıdığı müqəddəs qanı, onun varlığının təcəssümü idik.
Həmin vaxtdan etibarən hər birimiz öz qəlbimizdə, şüurumuzda artıq bir Mübarizə çevrilmişdik... Məşhur deyimdə deyilir ki, “biz bir ölər, mən dirilərik”. Ancaq Mübariz ölməmişdi, o Vətənin səmasından onun sayəsində öz kimliyinə dönmüş bir xalqa baxır, hər birimizin daxilindəki mübarizdə yaşayırdı. Odur ki, biz bir ikən min, milyon olmuş, Mübarizin ruhunda özümüzə növbəti həyat tapmışdıq.
Mübarizləşən xalqa növbəti bir qığılcım lazım idi ki, atəşə bürünüb düşmənin bütün varlığını külə çevirsin. Ancaq bu anın gəlməsi üçün Mübarizin şəhadətindən sonra 10 il gözlədik...
14 iyul 2020-ci il - bütün xalqımızı sarsan növbəti açıqlama... Səsinin hər zərrəsində dəhşətli bir kədər hiss olunan general-leytenant Kərim Vəliyev Tovuzdakı erməni təxribatından danışır. O təxribat ki, nəticəsi bəlkə də hər bir erməninin ruhunu ilk anlarda sonsuz zövq və həzz dəryasına qərq etmişdi. Ancaq sonrasını təxmin belə edə bilməzdilər...
Heç biz də anlamırdıq ki, həmin vaxt Kərim Vəliyevin xırıltılı səsi ilə verdiyi xəbər çoxdan gözlədiyimiz qığılcıma çevriləcək:
“Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdur. Onunla bir yerdə polkovnik Mirzəyev İlqar da şəhid olub”.
Azərbaycan tarixini lərzəyə salan bu açıqlama vaxt-vədə dolan zaman düşmənin qorxulu yuxusuna çevriləcəkdi...
Milyonlarla azərbaycanlı öz generalının, öz ordusunun ali təmsilçisinin şəhadətinə görə ayağa qalxdı. Bu amil Mübarizlər ordusunun hər an hazır olması üçün əmr xarakteri daşıdı...
Azərbaycan ordusunun generalı haqq savaşında öz qanı ilə əmrindəki Mübarizlərə döyüş ruhu bəxş etdi. Şəhid general Polad Həşimov hər bir azərbaycanlının sahib olduğu nəcib xüsusiyyətlərin, ali dəyərlərin təcəssümü kimi zühur etdi. Ermənilər növbəti dəfə bizim dəyərlərimizə, bizim kimliyimizə əl uzatmaqla tarixlərinin ən böyük səhvini etdilər. Çünki bu son damla idi, xalqın qəlbində çağlayan qisas dənizinin fırtınaya bürünüb düşməni boğması üçün sonuncu zərrə idi.
Vaxt gəlib çatdı, bütün xalqın gözlədiyi əmr verildi. Ən öndə Mübariz İbrahimov və Polad Həşimov haqq yürüşünə çıxdı. Ermənilər qurduğu istehkam və səngərləri bir-bir yıxıb-keçən Azərbaycan əsgərinin yoluna işıq tutdu şəhidlərimiz, büdrəyəndə onlar tutdu əllərindən, yorulanda onlar qüvvət verdi igidlərimizin bədənlərinə.
Mübariz İbrahimov və Polad Həşimov Azərbaycanın hər bir igidinin ürəyində, biləyində, şücaətində atıldı döyüşlərə, onlara bayraqdarlıq etdi, şəhadətləri ilə qığılcım olduqları bu od-alovun düşməni lərzəyə salan heybətində yenidən qayıtdılar döyüş meydanına. Çiyin-çiyinə qəhrəmanlarımızla birgə qalxdılar Murov dağına, Suqovuşanı illər sonra birgə azad etdilər, Cəbrayılda “Dostluq” bulağından ilk onlar su içdi, Füzulidə düşmənə ilk onlar qan uddurdu, Zəngilanda, Qubadlıda vətənin həsrətinə ilk onlar son qoydular. Xudayar Vətən nəğməsini oxuyanda onlar müşayiət etdilər igidimizə. Öz gözəl yurdunu xəyalından keçirən hər bir azərbaycanlı kimi onlar da bu nəğmənin sehrinə qapılıb dastana çevrildilər.
Onlar bizim hər birimizin duasında, sevgisində, kədərində və sevincində peyda oldular. O dualarla güc verdilər cəbhədə düşməni darmadağın edən oğullarımıza, o sevgi ilə yaralı igidlərimizə məlhəm oldular. Ali Baş Komandana məruzə edən, xalqımızı sonsuz sevincə qərq edən o açıqlamaları verən qəhrəmanların yanında dayandı Mübariz və Polad Həşimov. Onlar qarşıladılar şəhadət mərtəbəsinə yüksələn qəhrəmanlarımızı Cənnətin ən gözəl guşəsində... Mübarizlər, Poladlar, Xudayarlar qonşu oldu hər birimizin arzusu olan o mübarək məkanda... Ancaq onlar ölmədilər, Vətən uğrunda canından keçən hər bir azərbaycanlı kimi milyonların qəlbində, göz yaşında, ümidlərində əbədi həyata qədəm qoydular.
Bu gün Vətən müharibəsində qələbənin Anım günündə bütün şəhidlərimizi hörmət və ehtiramla anırıq. Mübariz və Poladın davamçıları olan şəhidlərimiz sayəsində zərrə-zərrə itirdiyimiz Vətənimizi onların qanları ilə yenidən birləşdirdik. Canımızdan gedən canlar, canlarımızdan axan qanlar Vətən torpağında yenidən dünyaya qovuşdu. Mübarizlər, Poladlar, Xudayarlar, Cəbrayıllar azad və bütöv Azərbaycana çevrildilər. Bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik! Sizinlə eyni xalqın mənsubu olmaq, sizinlə eyni qanı daşımaq, sizinlə bir dövrdə yaşamış olmaq, sizin haqqınızda bu cümləni qura bilmək belə bizim üçün böyük şərəfdir!!! Azərbaycan var olduqca hər bir şəhidimiz Vətənin azad səmalarından bizə baxacaq, hər sevincimiz, hər kədərimizdə bizimlə birgə qəlblərimizdə daim yaşayacaqlar...
Oxşar Xəbərlər
Şuşanın azadlıq xəbərinə sevinən gənclər şəhid anasının ayağından öpdülər — VİDEO
Neftçilər cəbhədəki qələbələrlə bağlı Azərbaycan Prezidentinə müraciət edib
Ali Baş Komandan və ordusunun şanlı qələbəsinə həsr olunmuş film hazırlanır
Vətən müharibəsinin könüllüləri evlərinə qayıdır
Xəbər lenti
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Bakının bu ərazilərində işıq olmayacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Bakıda qadın evinin həyətində ölü tapıldı
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Bakıda 4 yaşlı uşaq faciəli şəkildə öldü
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının bu ərazilərində işıq olmayacaq
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...