10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Neftçilər cəbhədəki qələbələrlə bağlı Azərbaycan Prezidentinə müraciət edib
Oktyabrın 5-də SOCAR-ın baş ofisində şirkət rəhbərliyinin iştirakilə onlayn müşavirə keçirilib. Müşavirədə neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda həyata keçirdiyi müzəffər siyasətə, dövlət başçısının Ermənistan rəhbərliyinin xəyanətkar siyasətini ifşa edən, ona layiq olduğu yeri göstərən tarixi müraciətində Ermənistana qarşı irəli sürdüyü şərtlərə mütləq dəstək ifadə olunub.
Qeyd edək ki, həmin şərtlərdə Ermənistanın baş nazirindən bir il bundan əvvəl bizim torpaqlarımızda “Qarabağ Ermənistandır” deməsinə görə Azərbaycan xalqından üzr istəməsi və Qarabağ Ermənistan deyil deməsi, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsi, Ermənistan silahlı qüvvələrinin hansı gündə, hansı bölgədən çıxmasını bəyan etməsi tələb olunur.
Müşavirədə qeyd olunub ki, Azərbaycan neftçiləri bütün xalqımızla bərabər Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Böyük Qələbə gününün yaxınlaşması üçün əllərindən gələni edəcəklərini bildirirlər. Daha sonra SOCAR rəhbərliyi bu şanlı, çətin və məsuliyyətli günlərdə ölkəmizə, ordumuza əlavə dəstək imkanlarını müzakirə etdi. Bütün şirkət üzrə orduya yardım kampaniyasının təşkili və mexanizmi barədə fikir mübadiləsi aparıldı və müvafiq qərarlar qəbul olundu. Yaxın günlərdə şirkət əməkdaşlarının Silahlı Qüvvələrə Yardım Fonduna ianələrinin toplanması təşkil olunacaq. Müşavirənin sonunda cəbhədəki qələbələrdən daha da ruhlanan Azərbaycan neftçilərinin bu tarixi günlərdə Azərbaycan Respublikasının Prezidentinə müraciəti oxunub. Müraciətdə deyilir:
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Zati-alinizin qətiyyətli rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı bir-birinin ardınca mənfur düşməndən azad etməsi, mühüm strateji yüksəkliklərdə və yaşayış məntəqələrində şanlı bayrağımızın dalğalanması bütün xalqımız kimi biz neftçilərin də qəlbini hədsiz qürur və iftixar hissi ilə doldurur. Sevincimizin həddi-hüdudu yoxdur. Suqovuşan qəsəbəsinin, Cəbrayıl şəhərinin və ətraf kəndlərin, habelə Tərtərdə, Füzulidə işğal altında olan onlarla yaşayış məntəqəsinin azad edilməsi həsrətlə gözlədiyimiz xəbərlərdir və bizi daha böyük əmək qələbələrinə ruhlandırır.
Sizin qətiyyətli və müdrik əmrləriniz, cəbhədə düşməni günbəgün geri çəkilməyə məcbur edən qəhrəman əsgərlərimizin rəşadəti bizi bir daha əmin edir ki, müzəffər ordumuzun torpaqlarımızı son qarışınadək düşməndən azad edəcəyi və üçrəngli bayrağımızın doğma Qarabağ üzərində göylərə yüksələcəyi Böyük Qələbə günü yaxındır. Bu günlər biz hamımız müqəddəs Vətən torpaqlarının azadlığı uğrunda bütün cəbhə boyunca qalibiyyətlə irəliləyən iğid oğullarımıza öz əməyimizlə, arxa cəbhədə qazanılan uğurlarla dəstək olmağa çalışırıq.
Sizin rəhbərliyiniz altında müasir Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı bu günlərdə bir yumruq kimi birləşən xalqımızın gücü yağı düşməni işğal etdiyi müqəddəs torpaqlarımızdan təşviş içində qaçmağa məcbur edir. Azərbaycan xalqı bu tarixi zəfər yürüşündə inamla addımlayaraq, Sizin müdrik siyasətinizin, yorulmaz fəaliyyətinizin nəticəsi olan sarsılmaz birliyini və həmrəyliyini bütün dünyaya qürurla nümayiş etdirir. Şübhə yoxdur ki, məkrli düşmən və onun havadarları bu birliyin qarşısında davam gətirmə bilməyəcək. Azərbaycanın dinc əhalisini, mülki obyektlərini atəşə tutan düşmənin təxribatları xalqımızı qələbə yolundan döndərməyəcək, onun döyüş və qələbə əzmini sarsıda bilməyəcəkdir. Bizim işimiz haqq işidir, mübarizəmiz Xeyirin qələbəsi uğrundadır, biz şərə qarşı döyüşür, ədaləti bərpa edirik və bu yolun sonuna qədər alnıaçıq, üzüağ irəliləyəcəyik. Azərbaycan xalqı yenilməzdir, çünki onun sonsuz inam və qürurla arxasınca getdiyi qüdrətli Sərkərdəsi və rəşadətli Ordusu var.
Dünən Ermənistan rəhbərliyinin xəyanətkar siyasətini ifşa edən, ona layiq olduğu yeri göstərən tarixi müraciətiniz bütün Azərbaycan vətəndaşlarının ürəyindən xəbər verdi. Sizi dinlədikcə məntiqinizə, iradənizə heyran qalır, ürəyimizdən tikan çıxırdı. Bu müraciət bütün xalqımızın, o cümlədən, Azərbaycan neftçilərinin mübarizə ruhuna inanılmaz təkan verdi. Bu gün SOCAR-ın əməkdaşları həm könüllülər sırasında ön cəbhədə, həm də arxa cəbhədə Vətən uğrunda mübarizə aparırlar. İnamla döyüşür, həm də yorulmaq nədir bilmədən iqtisadiyyatımızın qüdrətini günbəgün artırmaq naminə əzmlə çalışırlar. Bu gün əmək növbəsində olanlarımız da döyüşlərə qatılmaq şövqü ilə yaşayır, könüllülər olaraq, hər an əmrinizi intizarla gözləyirlər.
Cənab Ali Baş Komandan, biz neftçilər Azərbaycanın ərazi bütövlüyünün bərpası, uzun illərdən bəri haqqı tapdanmış soydaşlarımızın öz doğma ocaqlarına qayıtması, Vətənimizin və xalqımızın əbədi azadlığı və xoşbəxtliyi naminə başladığınız bu haqq işinizə sona qədər sadiqik və əmrinizi gözləyirik. Bu gün hamımız şanlı Azərbaycan əsgəriyik. Vətənimizin işğaldan tamamilə azad olunacağı anı günbəgün, saatbasaat yaxınlaşdırmaq üçün hamımız əlimizdən gələni etməli, gecə-gündüz çalışaraq, Azərbaycanın haqq işinə - ədalətin təntənəsinə töhfəmizi verməliyik.
Qoy Uca Allah bu müqəddəs mübarizədə Sizə kömək olsun. Haqq uğrunda döyüşən övladlarımıza güc-qüvvət versin, onların zəfər yolunu daim açıq etsin. Vətənimizin üzərindən qara buludlar birdəfəlik çəkilsin, azadlıq günəşinin şəfəqləri düşmən tapdağından qurtulmuş torpaqlarımızı yenidən canlandırsın, bərəkətli etsin. Tanrı Sizi və xalqımızı qorusun!”
Oxşar Xəbərlər
XİN Ermənistan rəhbərliyinin əsl simasını ifşa etdi
“Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq
İlham Əliyevdən dünya dövlətlərinə çağırış: “Növbəti hərbi təcavüzdən...”
"İlham Əliyev həmişə olduğu kimi Paşinyanı yerində otuzdurdu"
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…