Naxçıvanda keçiriləcək Türkiyə-Azərbaycan birgə təlimlərinin məşqlərinə başlanıldı - FOTOLAR

Azərabaycan və Türkiyə hərbçiləri Naxçıvanda keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” birgə təlimlərinin məşqlərini keçiriblər.
Sozcu.info xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmi "Twitter" hesabında bildirilib:
“Türkiyə 3-cü Ordu Komandanlığı və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığı hərbçilərinin iştirakı ilə keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” təliminin məşqləri uğurla icra olunub”.
Qeyd edək ki, ölkəmizdə keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” hərbi təlimləri oktyabrın 8-nə qədər davam edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti