"AZƏRBAYCAN İSRAİLDƏ SƏFİRLİK AÇACAQ" - “Məsələ çoxdan müzakirə olunur"

Azərbaycan İsraildə səfirlik açacaq. Bu barədə Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.
Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib: “Məsələ çoxdan müzakirə olunur. Azərbaycanın İsraildə Səfirlik təsis edilməsinin tərəfdarıyıq. Lakin Azərbaycan rəhbərliyi bu prosesə pillə-pillə yanaşır. Hazırda ölkəmizin İsraildə ticarət nümayəndəliyi var”.
O qeyd edib ki, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsini İranla bağlamaq düzgün deyil: "Bizim öz prioritetlərimiz var. Bu məsələdə İrandan daha vacib elementlər var. İsraillə münasibətlərimiz, əlaqələrimiz daha önəmlidir”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}