Sabah hava şəraiti belə olacaq

Oktyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info -ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-21° isti olacaq.
Bakıda gecə 15-17° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70% olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-6° isti olacaq.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}