29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
DÇ-2026-da Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçiriləcək açılış oyunu fəlakətli təbiət hadisəsi səbəbindən təxirə düşmək təhlükəsi ilə üz-üzə qalıb.
Sinoptiklərin proqnozlarına görə, Sakit okeanda qeydə alınan "El Nino" hava fenomeni ABŞ və Meksika ərazisində dağıdıcı qasırğa və tufanlara yol açacaq.
Xatırladaq ki, iyunun 11-dən iyulun 19-na qədər davam edəcək dünya birinciliyi eyni vaxtda üç ölkədə - ABŞ, Kanada və Meksikada təşkil olunacaq və tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. Turnirin bilet qiymətləri isə 100 dollardan başlayaraq bəzi sektorlar üçün fantastik 6370 dollara qədər dəyişir.//Milli.Az