Azərbaycanlı gənc jurnalist İstanbulda koronavirusdan vəfat edib

Azərbaycanlı gənc jurnalist Nurlan Ağa (Salamov) dünyasını dəyişib.
Bu barədə “Report”a mərhumun yaxınları məlumat veriblər.
Koronavirusa yoluxan 25 yaşlı N.Ağa İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.
Onun cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək. Artıq yaxınları bunun üçün Türkiyəyə gediblər.
Qeyd edək ki, o, Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırmış.


Oxşar Xəbərlər

Xəbər lenti