Məktəblərdən uşaqların oğurlanması iddiaları ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və vatsap qruplarında məktəblərdən uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 
Sozcu.info  xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib. Hacıyev qeyd edib ki, hazırda vatsap qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır:
“Bu, tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”.
Qeyd edək ki, son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı sosial şəbəkələrdə və vatsap qruplarında səs yazıları yayılır. Bildirilir ki, Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd halları baş verir.


Oxşar Xəbərlər

Xəbər lenti