Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
Messi daha bir rekord qırdı
Afaq Gəncəli TANINMAZ HALDA
Bu ölkədə azan qadağan olunacaq
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Rusiya sülhməramlılarının bircə yolu var: O ermənini qulağından tutub gətirmək…
Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.
Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı məlumata görə, xoşbəxtlikdən hadisə zamanı ölən və yaralanan olmayıb.
Açıqlamada ən diqqət çəkən məqam isə “azad olunmuş ərazilərdə mülki infrastrukturun bərpa edilməsi üçün
Rusiya sülhməramlılarının müşayiəti ilə
hərəkət edən mülki təyinatlı avtomobil karvanının qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə tutulması yolverilməzdir” cümləsi olub.
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətindəki çatışmazlıqlar, qüsurlar və yarıtmazlıq barədə qısa zaman ərzində dəfələrlə informasiyalar ortaya çıxıb. Ancaq Azərbaycan MN-in açıqladığı bu faktı haqlı olaraq Rusiya sülhməramlılarının ən böyük “səhvi” adlandıra bilərik.
Üstəlik, bu vaxta qədər ermənilərin hərəkətlərinə göz yuman, öhdəsinə götürdüyü vəzifələrin icrasını lazımi səviyyədə təmin edə bilməyən sülhməramlıların başı bu dəfə ermənilərin əkin-biçin işlərinə, təsərrüfat fəaliyyətinə, kiminsə sağlığına badə qaldırmağa da qarışmayıb. Hadisə baş verən zaman Azərbaycanın avtomobil karvanı məhz Rusiya sülhməramlılarının müşayiətində olub, sülhməramlılar bu dəfə həqiqətən öz işləri ilə məşğul olublar.
Ancaq Rusiya sülhməramlılarının “lütf edərək” vaxtında öz təyinat yerində olması da onları bu vəziyyətdən xilas edə bilməyib. Görünür, bu vaxta qədər Qarabağda təyinatlarına uyğun olmayan şəkildə bir çox təlimlər də keçirən sülhməramlılar burada lazımi biliyə yiyələnə bilməyib. Çünki dəfələrə Rusiya MN-in məlumatında sülhməramlı kontingentin mümkün hücum ssenarilərinə qarşı hazırlıq xarakteri daşıyan təlimlərindən bəhs edilirdi. Yoxsa elə bizim avtomobil karvanımızı müşayiət edən sülhməramlılar bacarıqsız idi? Təxribatın qarşısı yerindəcə alınmırsa o təlimlər hansı məqsədi daşıyırdı? Yəni Rusiya sülhməramlıları bu qədərmi bacarıqsızdır?
Bu sualların cavabı bizdən daha çox Rusiya MN-i maraqlandırmalı, nəticə çıxarılmalıdır. Hər halda bütün dünyanın gözü qarşısında öhdənə götürdüyün vəzifəni tabeliyindəki kontingent icra edə bilmirsə bu heç də qürrələnəsi durum deyil.
Nəticə çıxarmaqdan danışmışkən, Rusiya MN-in sülhməramlıların fəaliyyəti ilə bağlı hər səhər saat 06:00-da verdiyi məlumatda ötən gün baş vermiş təxribatla bağlı bir cümlə belə işlədilməyib. Görünür, sülhməramlılar özləri də utanıb.
Ancaq Rusiya sülhməramlıları artıq bu gün yeni məşqlərə də başlayıblar. Bu vaxta qədər ortaya qoyduqları yüksək “peşəkarlığı” nəzərə alsaq, hazırda keçirilən məşqlərə də böyük ümidlər bağlamaq olmur.
Məsələnin ikinci tərəfi isə ermənilərin şüurunu itirmişcəsinə bu cür təxribat törətməsidir. Müharibə zamanı ordumuzun cəngavərlərinin qarşısında duruş gətirə bilməyən, hazırda isə əl-qolu bağlananaraq çarəsiz şəkildə sülməramlıların nəzarətindəki ərazidə sıxışıb qalan, psixoloji vəziyyətləri də hər ötən gün daha acınacaqlı xarakter alan bu aciz erməni silahlıları arabir peyda olmaqla öz acizliklərini unutmağa, rüsvayçı məğlubiyyətin acısını bir qədər azaltmağa cəhd göstərirlər.
Darmadağın edilmiş bir “orducuğ”un qalıqlarının bu cür cılız təşəbbüslərini “güc nümayişi” cəhdi və ya “qorxmazlıq” kimi qəbul etmək də sadəlövhlük olar. Çünki onlar müharibə zamanı qarşılarındakı ordunun qüdrətini görüb, sadəcə qaçmağa güc veriblər. Bundan sonra isə heç zaman Azərbaycan ordusunun qarşısına çıxmağa cəsarət edə bilməzlər. Hər zaman Rusiyanın ətəyindən yapışıb mədət uman ermənilərin Rusiya sülhməramlılarına “baş qaldırması” da mümkün deyil. Odur ki, məsələnin yenə də erməni silahlıları arasında tüğyan edən psixi sarsıntı və ya içki, narkotik aludəçiliyi ilə əlaqədar olduğunu düşünmək heç də əsassız deyil. Yoxsa bir erməninin gizləndiyi deşikdən çıxıb atəş açması üçün sadəcə cəsarəti çatmazdı.
Sərxoşluğun ermənilərə verdiyi “inamı” isə hər birimiz bilirik. Hələ işğal dövründə ermənilər sərxoş vəziyyətdə mövqelərimizə çox atəş açıb. Ancaq bu gün reallıq dəyişib. Ermənilər içki içib bəlkə də, yenə atəş aça bilərlər, ancaq bilirlər ki, bu halda içkinin təsirindən ayılacaq qədər yaşamaq şansları qalmaya da bilər.
Qısası, baş verənlər sadəcə ermənilərin acizliyini və sülhməramlıların səriştəsizliyinin növbəti sübutudur. Bu məsələ sülhməramlıların imicinə də növbəti və ən ağır zərbədir. Əgər sülhməramlılar bu işi bacarmırsa bunu etiraf etməlidir, ya da geriyə bircə yol qalır: Atəş açanı tapıb, qulağından tutub gətirmək və cəzalandırmaq!
Oxşar Xəbərlər
Rus sülhməramlılarının olduğu ərazidən postlarımız atəşə tutuldu
SÜLHMƏRAMLILARIN YERLƏŞDİYİ ƏRAZİDƏN MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULDU - Rəsmi açıqlama
Şuşada bölmələrimiz atəşə tutuldu
MÖVQELƏRİMİZ NÖVBƏTİ DƏFƏ ATƏŞƏ TUTULUB - Rəsmi açıqlama
Xəbər lenti
Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Gəncə-Daşkəsən yolunda ağır qəza -
Fotolar
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Bakının bu ərazilərində işıq olmayacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Bakıda qadın evinin həyətində ölü tapıldı
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Bakıda 4 yaşlı uşaq faciəli şəkildə öldü
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının bu ərazilərində işıq olmayacaq
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...