8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Saytların xəbərlərinə görə deputat Çingiz Qənizadə Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılmasını "çoxdan atılmalı olan addım” kimi şərh edib. O, vaxtaşırı olaraq Nəqliyyat Nazirliyində "müəyyən qüsurların olduğu” haqda danışdıqlarını deyib. "Ona görə də sərəncamı müsbət dəyərləndirirəm. Eyni zamanda yeni gənc kadrların işə cəlb edilməsi müsbət haldır. Əvvəlki təcrübələrdə insanların narazılığına, tənqidinə səbəb olan neqativ halların çoxluğu ilə müşayiət olunan məsələlər indi yoxdur. Gənc kadrlar daha islahatçı və yenilikçi olur. Ramin Quluzadənin iki quruma rəhbər təyin olunması bu sahədə olan nöqsanların aradan qaldırılması ilə yanaşı ölkənin büdcəsinə də dividend gətirəcək”-deputat deyib.
Qənizadə deyir ki, ola bilsin bu struktur islahatları nəticəsində Nəqliyyat Nazirliyinin bəzi şöbələri ləğv olunacaq, nəticədə "50-100 adam işsiz qalacaq”. Lakin bu, islahatları dəstəkləməmək üçün əsas vermir. "Vaxtilə bu nazirlikdə paralel, lazımsız şöbələr fəaliyyət göstərirdi.Burada işləyənlərin çoxu da qohum-əqrəbadan formalaşırdı. Ona görə də neqativ məqamlara cəmiyyətdə etiraz var idi. Hesab edirəm ki, Ziya Məmmədov çoxdan getməli idi. Bu qəbildən olan başqa qurumların da rəhbərləri var. Amma bu məsələ cənab prezidentin səlahiyyətinə aid olduğuna görə biz onu sərəncamını gözləyirdik”-deputat Qənizədə deyib. ("Qafqazinfo”)
Milli Məclisin digər deputatı Fəzail Ağamalı isə deyib ki, Ziya Məmmədovun Azərbaycan dövləti qarşısında zamanında xidmətləri olub: "O, öz üzərinə düşən vəzifələri zaman çərçivəsində yerinə yetirib. Bu gün ölkə prezidentinin bu baxımdan qərarı və iradəsi ortalıqdadır. Bu məsələ müzakirə predmeti deyil. Ona görə də Ziya Məmmədovu daha müzakirə etməyə ehtiyac yoxdur”.
Keçmiş deputat, Ziya Məmmədovun qardaşı Elton Məmmədov isə saytlara açıqlamasında deyib ki, qardaşı ilə fəxr edir: "Mən qardaşım Ziya Məmmədovun vətənə, ölkə başçısına sədaqətinə görə, ölkə və xalqı üçün gördüyü işlərdən dolayı hər zaman qürur duymuşam, bu gün də bu qürur duyuram. Fəxr edirəm ki, Ziya Məmmədov kimi qardaşım var. Təki vəzifədə olan insanların hamısı Ziya Məmmədov kimi ölkə rəhbərinə, və xalqına xidmət eləsinlər. Ziya müəllim əsl Azərbaycan vətəndaşıdır. Cənab prezidentin işdən azadetmə ilə bağlı sərəncamı müzakirə mövzusu ola bilməz.”
Ziya Məmmədovun gələcəkdə vitse- prezident olacağı ilə bağlı gəzən söhbətlər barədə E.Məmmədov bunları deyib: "Bu məsələ müzakirə mövzusu ola bilməz. Kantın belə bir aforizmi var: Bunları buraxaq zamanının ixtiyarına. Vaxt gələr hər şeyə qiymət verilər.” (unikal.org)
Elton Məmmədovdan modern.az portalı da şərh alıb. Keçmiş nazirin qardaşı bu dəfə aşağıdakıları deyib: "Ziya Məmmədovun qardaşı, 15 il Mili Məclisin deputatı olmuş biri kimi deyə bilərəm ki, o, işlədiyi dövrdə xalqına, ölkə rəhbərinə sədaqətlə xidmət edib. Ölkədə gedən bütün infrastruktur yeniliklərində nazir kimi müstəsna xidmətləri var. Bu, tarixdir, danılmazıdır. Tarix də olanları yazdı”.
Bəs Ziya Məmmədovun vitse-prezident, yaxud başqa yüksək vəzifəyə təyin oluna bilərmi? Bu haqda yayılan şaiyələr haqda Elton Məmmədov nə bilir?
"Bu bizim arzumuz ola bilər. Amma bu ölkə rəhbərinin konstitusion səlahiyyətlərinə daxildir. İndi gəzən fərziyyələr, söhbətlər gerçək ola bilər. Amma buna biz qərar vermirik”-keçmiş nazirin qardaşı deyib.
Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov isə deyib ki, Ziya Məmmədov bu gün işə gəlib: "Hazırda da iş otağındadır”. N.Həsənov xatırladıb ki, sərəncama əsasən yeni nazirlik 2 ay müddətində formalaşdırılmalıdır, ona görə də nə olacağını deyə bilməz.
Qeyd edək ki, yeni nazirliyin formalaşdırılması Ramin Quluzadənin rəhbərliyi altında həyata keçiriləcəyinə görə Ziya Məmmədovun həmin 2 ay ərzində işə gəlməsinə də ehtiyac olmayacaq. Bu gündən etibarən artıq o, nazir portfelini daşımır...