Bu gün, 09:46
Bu gün, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Son günlər Azərbaycanda ət bahalaşıb.Sozcu.info-nun gununsesi.info-ya istinadən məlumatına görə, yaxın günlərə qədər 10-11 manata satılan bir kiloqram dana əti 12 manata yüksəlib.Vurğulandığına görə, bir müddət öncə 13-14 manata satılan quzu ətinin də kiloqramı 15 manata təklif edilir.Eyni halla paytaxt Bakının müxtəlif rayonlarının sakinləri də üzləşiblər. Onların demələrinə görə, artıq sümüklü mal ətinin bir kiloqramı 12 manata yüksəlib. Paytaxt sakinlərinin qeyd etməsinə görə, sümüksüz ət daha bahadır.Ətin bahalaşmasına, hələlik, Kənd Təsərrüfatı Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.Xatırladaq ki, son bir neçə ayda qida məhsullarının qiymətində davamlı artım müşahidə olunub.