Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
Messi daha bir rekord qırdı
Afaq Gəncəli TANINMAZ HALDA
Bu ölkədə azan qadağan olunacaq
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“AZƏRBAYCAN ƏRAZİSİNDƏ ARTIQ ŞƏHİD VERMƏLİ DEYİLİK...” -
“Əgər hansısa təhlükə varsa, onun mənbəyini darmadağın etməliyik”
Şair Ramaldanov: “Təxribatların qarşısını almaq üçün yeganə vasitə Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələrini tərkisilah etməkdir”
“Bu təxribatlar bir mərkəzdən idarə olunur və vacib danışıqlar fonunda baş verir”
Son günlər Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdəki separatçılar Azərbaycan Ordusunun əsgərlərini tez-tez hədəfə alır. Artıq bu təxribatların nəticəsində bir əsgərimiz şəhid olub, mülki avtomobil karvanımız atəşə tutulub, ermənilərin kəşfiyyat dronu isə Azərbaycan Ordusu tərəfindən yerə endirilib. Həmçinin, erməni separatçıları təcili tibbi yardım avtomobilindən istifadə etməklə ordumuzun nəzarət etdiyi ərazilərə soxulmağa cəhd göstərib.
“AzPolitika.info” Qarabağda gərginliyin artmasının səbəbləri və bunun arxasında duran məqsədləri hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovla müzakirə edib:
- Son günlər təmas xəttində erməni silahlı qruplarının fəallaşmasını müşahidə edirik. Hazırda həmin bölgədəki vəziyyəti necə xarakterizə etmək olar?
- Əvvəla, qeyd edim ki, Ermənistanla sərhəddə nisbi sakitlik var. Sadəcə olaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə olan separatçıların Azərbaycana qarşı təxribatlarının sayı artıb. Bu da ermənilərə xas olan xüsusiyyətdir. İki ölkənin xarici işlər nazirləri bir araya gələrək müzakirələr aparıblar. Həmçinin, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edərək orada müzakirələr aparıb. Bu, məncə ona dəlalət edir ki, üçtərəfli bəyannamədə göstərilənlərin icra edilməsi və sülh müqaviləsinin bağlanmasına dair proses sürətlənib, müzakirələr aparılır. Aydındır ki, bunu əngəlləmək istəyən, regionumuzda sabitlik deyil, gərginlik marağında olan qüvvələr də var.
Qonşu İranın da müəyyən davranışlarını görürük. Həmçinin, Ermənistanda “Qarabağ klanı” deyilən siyasi qüvvə var ki, o da sabitlikdə maraqlı deyil. Lakin Ermənistandakı ermənilər onları qəbul etmir. Məncə, bu və digər qüvvələr Ermənistanda öz istəklərinə nail ola bilməyəndə Azərbaycan ərazisində olan sülhməramlı qüvvələrin nəzarətindəki ərazidə müəyyən işlər görməyə çalışırlar. Bu səbəblərdən də təxribatlar son günlər çoxalıb.
- Bəs, bu təxribatlarda məqsəd nədir?
- Məncə, əsas məqsəd ondan ibarətdir ki, bu fonda aranı qızışdırsınlar. Aydındır ki, Azərbaycan cəmiyyətində əsgərimizin snayper atəşilə şəhid edilməsinə münasibət birmənalıdır. Biz hamımız düşünürük ki, artıq Azərbaycan ərazisində bizim şəhidimiz olmalı deyil, əgər, hansısa təhlükə varsa onun mənbəyini darmadağın etməliyik. Yəni adekvat tədbirlər görməliyik. Məncə, indiki halda ilk məqsəd Azərbaycanı cəmiyyətin təzyiqi nəticəsində adekvat tədbirlərə əl atmağa sövq etməkdir.
İkinci məqsəd ondan ibarətdir ki, belə təxribatlar sayəsində Azərbaycanla ərazidə yerləşən sülhməramlı qüvvələr arasında münasibətlərdə soyuqluq yaradacaq şərait qurulsun. Təbii ki, sülhməramlı qüvvələr atəşkəsin yerinə yetirilməsinə məsuldur. Burada Azərbaycan sözsüz ki, sülhməramlı qüvvələrin rəhbərliyinə iradlar tutur və bu fonda istər-istəməz münasibətlərdə soyuqluq yarana bilər. Bu kontekstdə həm də Azərbaycan və Rusiya münasibətlərində soyuqluq yaradılmasına çalışırlar.
Aydındır ki, ermənilər hiyləgərdir. Nəzərə almaq lazımdır ki, son təxribatlar bir-birinin ardınca oldu. Azərbaycanın mülki avtomobil karvanına atəş açıldı, hansı ki, sülhməramlı qüvvələrin özləri onu müşaiyət edirdi. Yəni təhlükəsizliyə onlar cavabdeh idilər. Sonra kəşfiyyat dronunun qaldırılması və Azərbaycanın onu yerə endirməsi, separatçıların tibb avtomobilindən istifadə edərək təxribat törətmək cəhdi və nəhayət, snayperlə Azərbaycan əsgərinin şəhid edilməsi. Bunların hamısı bir mərkəzdən idarə olunan təxribatlardır və bu təxribatlar yuxarıda qeyd etdiyim danışıqlar fonunda baş verir. Bu danışıqlara qədər Şuşa ətrafında müəyyən təxribatlar törətmişdilər. Bundan sonra Azərbaycan Prezidenti çıxış etdi, müvafiq qurumlar məsələyə dair tədbirlər də gördü və nəticədə müəyyən zaman kəsiyində sakitlik oldu.
Son 30 ilin təcrübəsinə istinadla demək olar ki, danışıqlar baş verən zaman ermənilər təxribat törədir və çalışırlar ki, diqqət buna yönəlsin. İndi də belə təxribatlara əl atmaqla ermənilər havadarlarının köməyi ilə dünyaya həm də göstərmək istəyirlər ki, Qarabağ problemi bitməyib, davam edir. Baxmayaraq ki, Azərbaycan artıq belə bir problemin olmadığını elan edib.
Bəllidir ki, rus sülhməramlı qüvvələri müvəqqəti olaraq sülhü təmin etmək üçün buradadırlar. Onlar öz fəaliyyətini müəyyən sənədlər əsasında və Azərbaycanla Rusiya arasında razılaşmaya uyğun olaraq 5 illik müddətdə yerinə yetirirlər. Amma burada bir məqam da var. Üçtərəfli razılaşmanın dördüncü bəndinə əsasən Azərbaycan ərazilərində olan qeyri-qanuni hərbi birləşmələr tərkisilah edilməlidir. Bu razılaşmanın imzalanmasından artıq bir il keçir. Əlbəttə, hər şeyin dərhal həll edilməsi bir qədər inandırıcı deyil, müəyyən proseslər getməlidir.
Mənim fikrimcə, Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlayacaq, eləcə də Zənguzur dəhlizi fəaliyyətə başlayacaq. Bununla yanaşı, Azərbaycan-Ermənistan sərhədinin demorkasiyası və delimitasiyası aparılacaq. Zənnimcə, bununla paralel digər addımların da atılması baş verəcək. Yəni proseslər sürətlənəcək. İndi Rusiya vasitəçiliyi ilə aparılan danışıqlar, xarici işlər nazirləri arasında təmaslar qənaətimcə, onu göstərir ki, bu prosesləri hazırlayırlar. Xüsusilə, erməni cəmiyyəti buna hazırlanır. Erməni mediasında səslənən fikirlərdən biri odur ki, onlar sülh müqaviləsinin bəndləri üzərində işləyirlər. Başqa sözlə, erməni cəmiyyəti sülh müqaviləsinin bağlanmasına hazırlanır. Artıq Paşinyan da Zəngəzur dəhlizi və digər məqamlarla bağlı mesajlar verdi. Bu da cəmiyyəti sülhə hazırlamağa dair gedişlərin tərkib hissəsidir.
Aydındır ki, Ermənistanda maliyyə dəstəyi olan və gücünü tam itirməyən “Qarabağ klan”ı var. Bu klan uzun illər Ermənistanı idarə edib. Bəllidir ki, orada bu klanın tör-töküntüləri hələ də var. Bu səbəbdən Ermənistanda proses bizim istədiyimiz sürətdə getmir. Bu məqam da nəzərə alınmalıdır.
Nəticə etibarı ilə düşünürəm ki, nə qədər qəribə səslənsə də, bu təxribatların, gərginliyin müəyyən müsbət tərəfləri də olub. Bu da onunla əlaqəlidir ki, əgər sülhməramlı qüvvələr qanunsuz silahlı qurumlara tam nəzarət edə bilmirsə, deməli, onlar tərkisilah olunmalıdır. Əks təqdirdə gec-tez həmin silahlardan atəş açıla bilər. Hansı formada, hansı nəticə və hansı məqsədlə atəş açılması ikinci dərəcəlidir. Əsas odur ki, əllərində silah varsa və bu silahlılar Azərbaycan qanunlarına tabe olmursa, deməli onlar tərkisilah olunmalıdırlar. Mənim zənnimcə, bu kimi hallar Rusiyanın da müəyyən addımlar atması, həmin silahlıları tərkisilah etməsi üçün əsaslar yaradır. Yəni təxribatların qarşısını almaq üçün yeganə vasitə Qarabağda qalan həmin qanunsuz erməni silahlı birləşmələri tərkisilah etməkdir. Çünki orada silah olmasa Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə təhlükəsizlik təminatı verə bilir. Biz sözümüzün ağasıyıq.
Məncə, bu təxribatlar Rusiyanın oradakı qanunsuz hərbi dəstələri silahsızlaşdırması üçün əsas yaradır. Bilirik ki, o hissədə müəyyən təxribatlar olmuşdi və nəticədə hətta sülhməramlılar onların postlarını dağıtmışdı. Yəni bunların hamısı işin müsbət tərəfidir. Bizə gəlincə, düşünürəm ki, bizim şəxsi heyətlə bağlı təhlükəsizlik işləri gücləndirilməlidir. İmkan verməməliyik ki, bizim əsgərlərimiz hansısa formada atəşə tuş gəlsin. İndi döyüş bölgəsi yoxdur, ermənilər aktiv şəkildə bizə hücum etməyəcəklər. Ona görə də, düşünürəm ki, texniki vasitələrdən daha çox istifadə etməklə şəxsi heyətin qorunması məqsədilə tədbirlər görüləcək. Bununla biz şəxsi heyəti qoruya biləcəyik.
- Azərbaycan əsgərlərinin bu təxribatlara məruz qalmaması və məsələnin birdəfəlik həlli üçün hansı tədbirlər görülməlidir?
- Buna prinsipcə cavab verdim. Bildiyiniz kimi Azərbaycan tərəfi Türkiyə-Rusiya Monitorinq Mərkəzinin qarşısında şəhid olan hərbçimizlə əlaqəli məsələni ciddi şəkildə qoyub. Atəş açan şəxs tapılmalıdır. İndi bu istiqamətdə işlər gedir.
- Sizcə, doğrudanmı rus sülhməramlıları erməni separatçı qüvvələrinə tam nəzarət edə bilmir, yoxsa məhz onların xeyir-duası ilə bizə qarşı təxribatlar artır?
- Orada Rusiya şəxsi heyəti yetərli qədər deyil ki, əraziyə tam nəzarət edə bilsin.
- Amma orada 7 minə yaxın rus hərbi personalının olduğu bildirilir...
- 6-7 min adam sırf döyüş fəaliyyəti ilə məşğul deyil. Sülhməramlı missiyanı yerinə yetirən 2 minə yaxın əli silahlı və döyüş əməliyyatlarını yerinə yetirə bilən hərbi personal var. Yerdə qalanları fövqəladə hallar, tibbi, inşaat və digər təyinatlı qruplardır. Eləcə də minalardan təmizləmə işləri aparan heyətlər var. Orada postlarda əli silahlı duran və prosesə nəzarət edən heyət 6-7 min nəfər deyil. Əslində, heç həmin heyətin çox olmasına da ehtiyac yoxdur, çünki Azərbaycan tərəfindən təhlükə mövcud deyil. Ancaq erməniləri tərkisilah etmək lazımdır. Bu halda proses normal məcrasına düşər. 5 il müddətində rus sülhməramlıları orada olmalıdır, sonra Azərbaycanda gedən proseslər, infrastrukturun sürətli bərpası və digər əlavə tədbirlər var ki, mən onları demək istəmirəm, bunların sayəsində Azərbaycanın bu əraziyə nəzarəti tam əlinə alması üçün şərait yaranacaq.
- Azərbaycan cəmiyyətində həmin ərazidə anti-terror əməliyyatlarının aparılmasının zamanı çatdığına dair fikirlər getdikcə artır, artıq belə tələblər deputatlar tərəfindən də səsləndirilir. Siz bunu mümkün sayırsınızmı?
- Mənim qənaətim belədir ki, orada təxribatları törədənlərin də əsas istəyi odur ki, bu fəaliyyətlərinin nəticəsində biz hansısa addımlar ataq. Bizdə sənəd var və bu sənəd əsasında sülhməramlı qüvvələrin hansı ərazilərdə fəaliyyət göstərdiyi bilinir. Əlbəttə, oradakı sülhməramlı kontingent öz fəaliyyətini yetərli səviyyədə qura bilməsə Azərbaycan onlara köməklik göstərə bilər. Mənim fikrim belədir ki, proseslərə soyuqanlı yanaşmaq lazımdır. Cənab Ali Baş Komandanın çox dəqiq bir sözü var: Mən bilirəm, nə zaman nə etmək lazımdır. Biz indiyə qədər prezidentimizə etimad göstərmişik. Cənab prezident xalqın qarşısında verdiyi sözləri və vədləri həyata keçirib. Qarabağ savaşı ilə bağlı verdiyi sözü də tutub. Odur ki, biz bir olmalı, Ali Baş Komandanın apardığı siyasəti müdafiə etməliyik. Mənim fikrimcə, ən düzgün yol budur.
Oxşar Xəbərlər
Qarabağda gecə döyüşləri: ermənilər xeyli itki verdi, bir gizirimiz yaralandı
“Erməni silahlı qüvvələri Qarabağda möhkəmlənir” – Arif Hacılıdan SOS
Atışmaların ardınca sülhməramlılar reydlərə başladı - Fotolar
Dağlıq Qarabağda atəşkəs pozulmayıb, sülhməramlılara qarşı təxribat olmayıb"
Xəbər lenti
Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Gəncə-Daşkəsən yolunda ağır qəza -
Fotolar
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Bakının bu ərazilərində işıq olmayacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Bakıda qadın evinin həyətində ölü tapıldı
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Bakıda 4 yaşlı uşaq faciəli şəkildə öldü
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakının bu ərazilərində işıq olmayacaq
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...