İcra hakimiyyətində 28 min manatlıq təmir - Qalib şirkət kimindir?


Ağcəbədi Rayon İcra Hakimiyyəti "Star Construction Group” MMC ilə satınalma müqaviləsi bağlayacaq. 

Sozcu.info xəbər verir ki, şirkət qurumun inzibati binasında cari təmiş işləri görəcək. 

Təmir işləri üçün "Star Construction Group” MMC-yə 28 819, 14 manat ödəniləcək. 

"Star Construction Group” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Rəsul Muxtar oğludur.

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. MMC-nin qanuni təmsilçisi barəsində də hər hansı məlumata rast gəlinmir. 

Şirkət cari ildə daha iki satınalma müsabiqəsinin qalibi seçilib. Hər iki müsabiqə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilib. Müsabiqələrədən biri dəmir tullantıların satın alınması, digəri isə cari təmir işləri ilə bağlı olub. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin maliyyə dəyəri müvafiq olaraq 150 804 manat və 179 844,39 manat olub. 

Ağcəbədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovdur. O, 2019-cu ildən rayona rəhbərlik edir. Rafil Hüseynov 2012-2019-cu illərdə isə Masallı rayonunun icra başçısı vəzifəsində çalışıb. (Qaynarinfo)



Oxşar Xəbərlər

Xəbər lenti