Karapetyanın həbs müddəti uzadılıb


İrəvan Antikorrupsiya Məhkəməsi iş adamı, "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın həbs müddətini 2 ay uzadıb.

Sozcu.info xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Liana Qasparyan məlumat verib.

O, bu qərardan şikayət vermək niyyətində olduğunu bildirib.

İş adamı iyun ayında iki ay müddətinə həbs edilib. O, hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlarda ittiham olunub.

Bir müddət sonra "Taşir" şirkətlər qrupunun fəaliyyəti ilə bağlı yeni cinayət işi açılıb - şirkət xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında və vergidən yayınmada şübhəli bilinib. Şirkətin dörd əməkdaşı həbs edilib.

Ermənistan Nazirlər Kabineti Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin milliləşdirilməsi və hərraca çıxarılması barədə qərar qəbul edib.

Report.az



Oxşar Xəbərlər

Xəbər lenti