16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib.
Sozcu.info xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət mayoru Ramil Eminov sözügedən idarənin rəisi təyin olunub.
Qeyd edək ki, Ramil Eminov bundan əvvəl Bakıda FHN-nin Dövlət Yanğın 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru və digər vəzifələrdə çalışıb.
Xatıradaq ki, bundan əvvəl İlqar Qocayev Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilib. (Qaynarinfo)