İrakli Ğaribaşvili: "Saakaşvili ən azı altı il həbsdə qalacaq"

Yemək yeməsinə kim mane olur, niyə ac qalır, hamıya demək istəyirəm ki, məhbus Saakaşviliyə heç vaxt imtiyaz verilməyəcək".
Sozcu.info xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Çaqeridə jurnalistlərə bildirib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan həbsxanalarında bir neçə min məhbus saxlanılır və onların da qayğıya ehtiyacı var.
“Məhkum Saakaşvili digər məhbuslardan qat-qat böyük cinayətlər törətməsi ilə fərqlənir. Ölkəmiz, xalqımız və gələcəyimiz qarşısında, məsələn, işğal, ölkə ərazilərinin itirilməsi və minlərlə insanın məhv edilməsinə görə Saakaşvili ən azı 6 il həbsdə qalacaq”, - Ğaribaşvili bəyan edib.


Oxşar Xəbərlər

Xəbər lenti