Gorus-Qafan yolundan xəbər var

Azərforum KAİM.az-a isitnadən xəbər verir ki, Gorus-Qafan avtomobil yolunda Azərbaycan hərbçiləri ilə erməni sürücü arasında insident baş verib.
Bu iddia ilə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Vahe Akopyan erməni KİV-də çıxış edib.
Akopyanın iddiasına görə, bir neçə gün öncə Gorus-Qafan yolunda hərəkət edən korteclərdən biri Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb və maşından çıxardılıb. Rus sülhməramlılarının hadisəyə müdaxiləsi nəticəsində sürücü “xilas olub”, və sülhməramlıların “Yola davam edin” tapşırığı ilə kortecin ərazidən təhlükəsiz keçməsinə şərait yaradılıb.
Azərbaycan hərbçiləri hadisənin baş vermə səbəbini sürücünün hələ maşının içində ikən göstərdiyi ədəbsiz “jest” hərəkətləri ilə izah ediblər.
Akopyan Gorus-Qafan yolunun təhlükəsiz olmadığını deyərək bildirib ki, əgər yol tam təhlükəsiz olsaydı, Nikol Paşinyan bu yaxınlarda Kəpənə səfəri zamanı bu yoldan istifadə edərdi, Tatev torpaq yoluna üz tutmazdı.
Deputat erməni baş naziri qorxaqlıqla ittiham edib və Azərbaycan hərbçilərindən icazə ala bilmədiyinə görə Gorus-Qafan yolundan istifadə edə bilmədiyini deyib.
Qeyd edək ki, Gorus-Qafan avtomobil yolunun Azərbaycanın nəzarətinə keçən hissəsində hərəkət Rusiya sülhməramlılarının müşayiəti ilə təşkil edilir.


Oxşar Xəbərlər

Xəbər lenti