Bakı Zəfərə yürüş edir! Paytaxt küçələrində Xalq - Ordu - Bayraq axını!

Bakıda 8 Noyabr-Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş davam edir.
Sozcu.info  xəbər verir ki, aksiya iştirakçıları "Neftçilər" prospekti ilə Hərbi Qənimətlər Parkına doğru irəliləyirlər.
Yürüşə Vətən müharibəsi qaziləri də qoşulub.
İştirakçılar alqış sədaları altında "Yaşasın Azərbaycan", "Qarabağ Azərbaycandır", "Qələbə" şüarları səsləndirirlər.
****

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş keçirilir.
Sozcu.info xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə "Azneft" dairəsindən başlayan aksiyada onminlərlə insan iştirak edir.
Yürüş iştirakçıları əllərində Azərbaycanın şanlı bayrağını daşıyırlar. Yürüşü çiynində 470 metr uzunluğunda Azərbaycan dövlət bayrağı olan hərbçilər müşayiət edir.
Aksiya "Ağ şəhər" bulvarınada - Hərbi Qənimətlər Parkında yekunlaşacaq.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}