Amnitsiya Aktı istintaq mərhələsində olan işlərə də şamil ediləcək

"Zəfər Günü münasibəti ilə imzalanan Amnitsiya Aktının fərqi ondan ibarətdir ki, qanuni qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə aid ediləcək".
SOZCU.INFO xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Amnitsiya Aktının icrası 4 ay müddətində icraçı orqanlar tərəfindən başa çatdırılacaq: "Amnitsiya Aktına əsasən, bu qərar ilk dəfə ağır cinayət törədilməsinə görə 6 aya qədər cəzası qalan şəxslərə də şamil olunacaq".


Oxşar Xəbərlər

Xəbər lenti