Çindən Gürcüstana ilk yük qatarı yola düşüb

Çindən Gürcüstana ilk müntəzəm yük qatarı yola düşüb.
Sozcu.info-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mərasimlə Çinin Qansu əyalətindən yola salınan konteyner qatarının 10-12 gün ərzində son məntəqəsi olan Tbilisiyə çatması gözlənilir.
Tədbirdə iştirak edən Gürcüstanın Çindəki səfiri Arçil Kalandi konteyner qatarlarının hərəkətinin həm Gürcüstan, həm də Avropa istiqamətində müntəzəm hala gətiriləcəyini deyib. Səfir bunun strateji əhəmiyyəti olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin inkişafına töhfə verəcəyini və Gürcüstanı regional ticarət, nəqliyyat və logistika habına çevirəcəyini bildirib.


Oxşar Xəbərlər

Xəbər lenti