Baş Prokurorluq Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistikanı açıqlayıb

“Amnistiya Aktını zəfərin mərhəmət təntənəsi kimi adlandırmaq olar. Bu, humanist bir addımdır”.
Sozcu.info-un xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.
“Amnistiya Aktı qəbul edildikdən sonra funksiyalar aidiyyatı qurumlara tapşırılıb. Bu proses haqqında ən məlumatlı qurum Baş Prokurorluqdur. Amnistiya həm cinayət törətmiş şəxslər, həm də məhkum olunmuş şəxslərə tətbiq olunub. Bu günə qədər amnitsiyanın 85 faizi məhkum olunmuş şəxslərə tətbiq edilib. Hərbi sahədə bu rəqəm 27-dir. Prokurorluq orqanları tərəfindən son bir ay ərzində 53 şəxs, FHN tərəfindən 1 halda istintaq mərhələsində amnistiya tətbiq edilib", - o vurğulayıb.


Oxşar Xəbərlər

Xəbər lenti