8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Postsovet məkanında nisbi stabillik dövrünün yaranmasının əsas şərti heç şübhəsiz enerji daşıyıcılarının, neftin və qazın qiymətinin bahalaşmasıdır. Bu məkanda avtoritarizmin güclənməsi də neft və qazın qiymətinin bahalaşması ilə başlayır ki, bu da 2000-ci illərin əvvələrinə təsadüf edir.
Gürcüstan, Ukrayna, Moldova və Qırğızıstanda avtoritarizmin qalib gələ bilməməsinin əsas səbəbi bu ölkələrin neft və qaz istehsalçısı olmamasıdır. Neft-qaz ölkəsi olmayan Belarus və Ermənistanın Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq avtoritarizmdən xilas ola bilməməsi bu iki respublikanın Rusiyanın forpostu olması ilə bağlıdır. Enerji daşıyıcılarından məhrum Özbəkistanda avtoritar rejimin yaranması və güclənməsi isə Qərb və Rusiyanın Əfqanistandan gələn radikal islam təhlükəsinə qarşı birgə əməkdaşlığının nəticəsi hesab oluna bilər. Özbəkistan dünyada bəlkə də yeganə ölkə idi ki, bu ölkədə həm Rusiya, həm də ABŞ hərbi bazası vardı və onların hədəfləri eyni idi. Mərkəzi Asiyada güclənən radikal islama qarşı təkbaşına dayana bilməyəcəyini anlayan Rusiya bu regionda ABŞ-la əməkdaşlıq etmək yolunu seçdi. Məhz bu taktika radikal islamın Orta Asiya respublikalarına yayılmasının qarşısını aldı.
Özbəkistanda və ümumilikdə Orta Asiyada radikal islama qarşı Qərb-Rusiya əməkdaşlığı regiondakı müstəqilliyini yenə əldə etmiş dövlətlərdə avtoritarizmin kök salmasına və güclənməsinə də səbəb oldu. Bu bir inkar edilməz həqiqətdir ki, Rusiya ordusu olmasa keçmiş sovxoz direktoru İmaməli Rəhmanın Tacikistanda ən yaxşı halda bir neçə həftə hakimiyyət başında qala bilər. Beləliklə, neft-qaz istehsalçısı olamayan Tacikistan, Özbəkistan, Belarus və Ermənistanda avtoritarizmin bu günə kimi mövcud qala bilməsi, Qırğızıstan, Moldova, Ukrayna və Gürcüstandan fərqli olaraq demokratik institutların inkişaf etməməsinin əsas səbəbi Rusiyanın bu ölkələrin siyasi və iqtisadi həyatı üzərindəki təsiri ilə bağlıdır. Neft-qaz istehsalçısı olan postsovet ölkələrində isə avtoritarizmin digər keçmiş sovet respublikalarınadn fərqli olaraq daha sərt olması Rusiya faktoru ilə yanaşı 2000-ci illərdən başlayaraq enerji daşıyıcıların qiymətlərinin kəskin bahalaşmasıdır. Rusiyanın özündə Putinin 17 illik avtoritar rejiminin mövcud qalmasının sas səbəbi də Putinin hakimiyyətə gəlişindən sonra dünyada neft və qazın qiymətlərinin sürətlə və kəskin bahalaşmasıdır. Əgər, neft və qazaın qiyməti 2001-ci ildən başlayaraq bahalaşmasaydı Putin ən yaxşı halda acaq birinci prezidentlik dövrünün sonuna kimi hakimiyyətdə qala bilərdi. Həm də prezidentliyi dövründə demokratik təsisatları və institutları məhv edə bilməzdi. Göründüyü kimi postsovet məkanında demokratik proseslərin inkişaf etməməsinin, avtoritarizmin güclənməsinin əsas səbəbi enerji daşıyıcıların qiymətinin 2000-ci illərin əvvələrində sürətlə və kəskin bahalaşması idi. Əgər bir barel neftin qiyməti Putinin hakimiyyətə gəlişi ərəfəsində 11 dollara kimi ucuzlaşmışdısa, Putinin hakimiyyətinin ilk aylarından yüksəlməyə başlamışdı. 2003-cü ildən isə neftin qiyməti kəskin bahalaşmağa başladı və 11 iyul 2008-ci ildə rekord həddə, 149 dollara çatdı. Ancaq hələ 2008-ci ilin yanvarında neftin bir barelinin qiyməti 100 dolları keçmişdi. Postsovet məkanında avtoritarizmin ən güclü olduğu dövr də məhz neftin ən baha olduğu 2008-ci ildir.
Neftin ucuzlaşması ilə bütün dünyada və xüsusilə postsovet məkanında avtoritar rejimlərin ictimai rəydə ligitimliyini itirməsi ilə zəifləməsi, paralel olaraq demokratik islahatlar uğrunda mübarizənin yeni dövrü başlayır.
Bu dövrün 90-cı illərdən fərqli tərəfi isə informasiya texnologiyalarının insan həyatındakı yerinin təsəvvüredilməz səviyəyə çatması, sosial şəbəkələrin ənənəvi informasiya vasitələri ilə uğurla rəqabət apara bilməsidir. Əgər, 15-20 il əvvəl avtoritar rejimlər ənənəvi informasiya vasitələrtini, televeziya, radio, qəzet və jurnalları nəzəarət altına almaqla cəmiyyət üzərində özünün informasiya nəzarətini təmin edə bilirdisə, internetin yayılması, sosial şəbəkələrin yaranması indi avtoritar rejimləri belə üstünlükdən məhrum edib. Məsələn, Rusiya müxalifətinin ən parlaq siması Aleksey Navalnın rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondunun (Фонда борьбы с коррупцией) baş nazir Dmitri Medvedyevin korrpsiya əməlləri ilə bağlı möhtəşəm araşdırmasının nəticəsi olan "O sizə dimon deyil” (Он вам не Димон) sənədli filminin yalnız youtube saytında 21 milyona yaxın baxış sayı, bir milyondan artqı paylanış sayı var. Beş milyondan artıq baxış sayı isə Odnoklassniki.ru saytında qeydə alınıb. Bu nümunə internetin inkişafının, sosial şəbəkələrin kütləviləşməsinin avtoritar rejimlərin informasiyaların yayılmasına nəzarət etdiyi dövrün artıq tarixə qovuşduğunu göstərir. Postsovet məkanında demokratikləşmə prosesinin ikinci dövrünün ən mühüm özəlliyi də budur.Bu özəllik isə başqa bir reallığın yaranmasına səbəb olub. Belə ki, 90-cı illərin əsas özəlliyi qeyri-formal təşkilatların yaranması, demokratik proseslərin bu təkilatlar tərəfindən aparılması idi. İndi isə avtoritarizmə qarşı mübarizənin lokomotivi rolunda bloqçular, xüsusilə də videobloqçular çıxış edir. Aleksey Navalnın hər həftənin dördüncü günü youtube saytında saat 20.18 də yayımlanan birbaşa proqramının baxış sayı da milyonu keçir. Verilişin yayım saatı da gələn ilki seçkiləri xatırlatmaq üçün çox uğurlu çəkildə 20.18 olaraq seçilib.
Navalnın internet vasitəsilə, xüsusilə də youtube saytı üzərindən rejimin korrupsioner siysətinin ifşası ilə bağlı apardığı güclü mübarizə artıq Rusiyada Putinin avtoritar rejiminin əsaslarını sarsıdıb. İndi artıq rejim təmsilçilərinin ictimai rəydə ligitimliyini itirməsi prosesi başlayıb. Medvedyev haqqında təhqiqatın nəticəsi olan filim martın 26-da bütün Rusiya boyu etiraz aksiyalarının keçirilməsinə təkan verdi. İlk dəfə ölkənin 86 şəhərində rejim əleyhinə etirazlar keçirildi. 12 iyun 2017-ci ildə keçirilməsi nəzərdə tutulan etiraz aksiyaları ilə bağlı artıq Rusiyanın 150 şəhərində hazırlıq gedir. Navalnı özü isə hücüm taktikasını davam etdirir və son həftələrə kimi bütün dünyada siyasi, iqtisadi və hərbi proseslərə ən çox təsir edən şəxs kimi tanınan Putini müdafiəyə çəkilməyə vadar edə bilib. Navalnın sarsıdıcı çıxışları qarşsıında özünü müdafiə üçün dəlil tapa bilməyən Putin çıxış yolu kimi cəmiyyəti qorxutmaq yolunu tutub. Belə ki, Navalnın rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondunun baş nazir Dmitri Medvedyevin korrpsiya əməlləri ilə bağlı möhtəşəm araşdırmasının nəticəsi olan "O sizə dimon deyil” filminin cəmiyyətdə yaratdığı rəyi azaltmaq üçün Putin Suriya və Ukraynada proselərin məhz korrupsiya ittihamlarınndan sonra başlandığını bəyan edib. Açq-aydın görünür ki, Rusiya diktatoru bununla cəmiyyəti rejim əleyhinə çıxışlardan çəkindirmək niyyətindədir. Ancaq bu çox zəif dəlildir və ölkədəki vəziyyətdən narazı olan insanları mübarizədən çəkindirmək gücündə deyil.
Əksinə, neftin yenidən ucuzlaşması ilə iqtisadi böhranın daha da dərinləşərək sosial böhrana keçəcəyi gözlənilir. Ciddi bir siyasi hadisə isə sosial böhranıın siyasi böhrana keçməsinə səbəb olacaq. İqtisadi böhranın dərinləşərək sosial böhrana keçməsinin, ciddi bir siyasi hadisənin isə siyasi böhrana səbəb olmasını bu gün Venesuelada baş verənlərin timsalında daha aydın görmək olar. Gələn il Rusiyada keçirilməsi nəzərdə tutulan prezident seçkiləri və Aleksey Navalnın artıq namizədliyini irəli sürməsi sosial böhranın siyasi böhrana keçməsi üçün tələb olunan siyasi hadisə olacaq. Putini və ətrafını hakimiyyətdən seçki yolu ilə kənarlaşdırmaq faktiki olaraq mümkün görünmür. Diktaturalardan fərqli olaraq avtoritar rejimlər təzyiq qarşısında islahat aparmır, demokratik seçki keçirmirlər. Diktaturaların təzyiq qarşısında islahat keçirdikləri, seçkilərin sonunda hakimiyyətdən getdikləri nümunəsi olsa da, avtoritar rejimlərlə bağlı belə nümunə yoxdur. Buna görə, Rusiyadakı avtoritar rejimin də seçkiləri saxtalaşdırmaq yolu ilə hakimiyyətdə qalmağa çalışacağı aydındır. Bu isə məhz sosial böhranın siyasi böhrana keçməsini təmin edəcək. Siyasi böhranın isə Rusiyada avtoritarzmin sonu gələnə kimi davam edəcəyi gözlənilən olduğu kimi, Rusiyada stabilliyi pozacağı şəksizdir. Rusiyada stabilliyin pozulması isə çox qısa zamanda bütün postsovet məkanında stabilliyin pozalmasına səbəb olacaq. Politoloq Xəqani Cəfərli