Azad edilən ərazilərdəki monitorinqlərin sayı açıqlanıb

İşğaldan azad edilən ərazilərdə hidrometeoroloji sahədə aparılan monitorinqlərin sayı açıqlanıb.
Sozcu.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.
Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə monitorinq işlərinin aparılması davam edir:
"Şərqi Zəngəzur və Qarabağda bu il 66 dəfə monitorinq keçirilib, 657 su nümunəsi götürülüb. Nəticədə məlum olub ki, daha çox çirklənməyə Oxçuçay məruz qalıb. Nəticələr beynəlxalq təşkilatlara təqdim edilib, ekosistemlərə dəyən ziyanlar aidiyyəti üzrə göndərilib".


Oxşar Xəbərlər

Xəbər lenti