Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb

Azərbaycanda "8 Noyabr-Zəfər Günü münasibətilə elan edilən Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.
Bunu Sozcu.info-un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.
O qeyd edib ki, bu günə kimi Amnistiya Aktı 9263 nəfərə tətbiq edilib: "Onlardan 4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib. Amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1728 nəfərin isə cəzası azaldılıb"


Oxşar Xəbərlər

Xəbər lenti