Polis rəisi işdən çıxarıldı: Ramil Usubovun qohumudur

Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Urxan Şirinov işdən azad edilib.
Sozcu.info-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə o, sərəncama götürülüb.
Urxan Şirinov DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun qardaşı oğludur. N.Şirinov isə Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun qaynıdır.


Oxşar Xəbərlər

Xəbər lenti