“Xahiş edirəm, işlə təmin olunmağıma köməklik göstərin...” – Kəmaləddin Heydərova müraciət

“2012-2019-cu illər ərzində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Azərdövlət Layihə İnstitutunun işçisi olmuşam və Qəbələ Regional Tikinti Müfəttiişliyində sürücü vəzifəsində işləmişəm. İşlədiyim dövr ərzində rəhbərlikdən həmişə razı olmuşam. Ancaq 2019-cu ilin yanvar ayında böyük ailə başçısı olmağıma və həyat yoldaşım II qrup əlil olmasına baxmayaraq, ixtisara düşmüşəm.”
Bunu Şəki şəhəri Əzizbəyov küçəsi 6/7A ünvanda yaşayan Mustafayev Yusif Nəsif oğlu Sozcu.info vasitəsilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova ünvanladığı məktubda bildirir. 

FHN-in sabiq əməkdaşı yazır ki, daha öncə nazirin elektron ünvanına bir neçə dəfə məktub ünvanlasa da, ona heç bir cavab verilməyib: “Sizin ünvanınıza bir neçə dəfə elektron poçt vasitəsilə müraciət etməyimə baxmayaraq, bunun heç bir nəticəsi olmayıb və heç bir cavab verilməyib. Yəqin ki, müraciətimdən məlumatınız olsaydı, mənim problemim obyektiv şəkildə həll edilərdi. 2019-cu ilin yanvar ayında ixtisara salınmışam. Həyat yoldaşımın ayağı şikəstdir, özünü çətinlikə idarə edə bilir, 8 nəfərlik ailəyə tək baxmaq məcburiyyətindəyəm. İşsizlik həyatı yaşadığımdan ailə vəziyyətimiz olduqca ağırdır. Odur ki, ailə vəziyyətimi nəzərə alaraq mənim işlə təmin olunmağıma köməklik göstərməyinizi Sizdən xahiş edirik.”
Y.Mustafayev bu müraciətinin cavabsız qalmayacağına və nazir Kəmaləddin Heydərovun onun probleminin həllinə köməklik göstərəcəyinə ümid etdiyini bildirir.


Oxşar Xəbərlər

Xəbər lenti