CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
MİQ üzrə vakant yerlərin SİYAHISI
Əvvəlki
Sonrakı
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
PAYTAXTDA “PARKOMAT MƏZARLIĞI”... - Abutalıbovun milyonlarla dollar xərclədiyi aparatlar niyə anbarlarda çürüyür?
Bir neçə gün bundan öncə sosial şəbəkələrdə parkomatlarla bağlı maraqlı görüntülər paylaşılıb. Bu görüntülərdə dövlət büdcəsi hesabına alınan parkomatların Bakının Günəşli qəsəbəsindəki “yarmarka” adlanan ərazidə baxımsız vəziyyətdə saxlanıldığı əks olunub.
Qeyd edək ki, sözügedən aparatlar 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin müvəqqəti parklanma yerləri layihəsinin icrası üçün sifariş edilmişdi. Bu layihəyə əsasən, həmin il Fransanın “Parkeon S.A” (indiki adı “Flowbird”) şirkəti xüsusi olaraq Azərbaycan üçün 1000 ədəd parkomat istehsal etmişdi.
Mətbuatda gedən xəbərlərə görə, həmin il ölkəyə gətirilən parkomatların 500 ədədi paytaxtın müxtəlif küçə və prospektlərində quraşdırılmışdı. Maraqlıdır ki, quraşdırılmayan parkomatların taleyi haqqında mətbuatda heç bir məlumata rast gəlmədik. Amma görüntülərdəki, parkomatların istifadə edilmədiyi üçün onların elə o vaxtdan anbarlara toplanıldığı istisna edilmir.
Bu aparatların istifadə edilməməsinin səbəbi isə sözügedən layihənin uğursuz olması və onun parklanma sahəsindəki problemi həll edə bilməməsi oldu. Əslində, bu layihənin uğursuzluğu qısa müddət ərzində özünü biruzə vermişdi. Ona görə də 2016-cı ildən lazımsız əşya hesab olunan parkomatları yavaş-yavaş yaşıl jiletli “parkovşik”lər əvəz etməyə başladı.
Parkomatların gözləntiləri doğrulda bilməməsinin əsas səbəblərindən biri onların istifadəsinin həmin dövrün qanunvericiliyi ilə ziddiyyət təşkil etməsi idi. Yəni bu aparatların vətəndaşlara cərimə yazmaq kimi bir funksiyası yox idi. Bunu o vaxt DYP əməkdaşlarının özləri də etiraf etmişdilər. Digər bir səbəb isə parkomatların şəhərdə lazımsız yer tutması və xidmət haqqının yüksək olması idi.
Həmin vaxt Bakının parklanma probleminin həlli üçün gətirilən amma hazırda istifadəyə yararsız hesab olunaraq, yığışdırılan parkomatlara böyük vəsaitlər sərf olunmuşdu. Bu aparatın bir ədədinin qiymətinin təxminən 8-9 min dollar aralığında olduğu bildirilir. Onların daşınma, quraşdırma və texniki xidmət xərclərini də nəzərə alsaq, söhbət ümumilikdə təxminən 10 milyon dollara yaxın bir xərcləmədən gedir.
Ekspertlərin araşdırmalarına görə, bu parkomatlardan hər il 2 milyon manata yaxın pul toplanılıb. Bu pulların Tarif Şurasının və Nazirlər Kabinetinin heç bir qərarı olmadan yığılaraq müxtəlif şəxslərin cibinə getməsi isə heç kimə sirr deyil...
Xatırladaq ki, parkomatların ölkəyə gətirilməsi Bakının sabiq meri Hacıbala Abutalıbovun dövrünə təsadüf edir. Onların quraşdırılması, texniki xidməti, pulların toplanması və s. işlərə isə Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayevin rəhbərlik etdiyi bildirilir.
Lakin 2016-cı ildə ictimaiyyətin ciddi narazılığına səbəb olan bu aparatların qanunsuz olaraq quraşdırıldığı ortaya çıxdığından, H.Abutalıbov H.Abdullayevi vəzifəsindən uzaqlaşdırmalı olub. Onun işdən çıxarılmasına səbəb kimi paytaxtın bir neçə nöqtəsində onlarla qanunsuz parkomat quraşdırması və dayanacaq yaratması göstərilib.
Qeyd edək ki, hazırda baxımsız vəziyyətdə çürüyən bu parkomatların texniki göstəriciləri heç də pis hesab olunmur. Doğrudur, aparatların istehsal tarixi köhnədir, amma nəzərə almaq lazımdır ki, bu cihazlar müasir dövrün tələblərinə uyğun hazırlanıb.
Eyni zamanda, parkomatların iş prinsipi və istifadəsi çox sadədir. Bu cihazlar nağd ödənişlə bərabər, “sms” bildiriş sistemi və “şəhər kartları” ilə də işləyir. Aparatlar günəş panelləri hesabına enerji toplayır. Sürücülər müəyyən olunmuş ərazidə avtomobili saxladıqdan sonra parkomata yaxınlaşıb müvəqqəti durma vaxtını seçir, pulunu ödəyir və aparatdan ödənişə görə götürdüyü qəbzi avtomobilinin şüşəsinin görünən hissəsində yerləşdirir.
Sözügedən aparatların niyə bu anbarlara toplandığına gəlincə, müvafiq qurumlar - BNA və Bakı Şəhər İcra Hakimiyyəti məsələdən xəbardar olmadıqlarını bildiriblər.
Qeyd edək ki, bir neçə gün bundan öncə BNA Bakı Şəhər İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin tabeliyinə verildiyindən, artıq parklanmayla bağlı səlahiyyətlər də bu iki quruma həvalə edilib.
Ümumiyyətlə, parkomatların sökülməsi kimi xəbərlər tez-tez mətbuatda, sosial şəbəkələrdə müzakirə mövzusu olub. 2018-ci ildə parklanmayla bağlı səlahiyyətlər BNA-ya veriləndən sonra qurum parkomatların sökülməsi üçün müəyyən addımlar atmışdı. Lakin bu sahədəki səlahiyyətlərin yenidən İcra Hakimiyyətinə verilməsi parkomatların gələcək taleyini də qeyri-müəyyən edib. Bu səbəbdən də parklanmayla bağlı müvafiq qurumların hansı qərar verəcəyi cəmiyyətin maraqla gözlədiyi məsələlərdən biridir.
İndiyə qədər parklanmadakı qeyri-müəyyənlikdən faydalanan şirkətlər isə bu aparatların köməyi ilə külli miqdarda gəlir əldə ediblər. Parkomatların əsas mənfi cəhəti də elə şəffaf idarəetmə sisteminin olmamasıdır. Hazırda İcra Hakimiyyətinin tabeliyində olan parkomatlar ola bilsin ki, yığışdırılsın və ya yenidən müxtəlif şirkətlərin istifadəsinə verilsin. Hər halda, bunu zaman göstərəcək...
Oxşar Xəbərlər
Göygöldə qaydaları pozan 30-dan çox sürücü məsuliyyətə cəlb olunub
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir sıra küçə və prospektlərində sıxlıq var - SİYAHI
“Azərbaycan” nəşriyyatının qarşısına parkomat qoyuldu – Etiraz
Bu küçə və prospektlərdə tıxac var – SİYAHI
Xəbər lenti
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
Goranboyda AĞIR QƏZA:
ÖLƏNLƏR və yaralılar varFOTO
Əlaçı məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər
Narkotik şəbəkəsi ifşa edildi –
qadın və kişi saxlanıldı
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…
İran-İsrail davası neft qiymətlərini kəskin dəyişdi
Türkiyə yeni Konstitusiyaya doğru!
Sabah Sumqayıtda su kəsiləcək
Emin ilk dəfə atasının ikinci evliliyindən DANIŞDI
Sən demə, bu məşhur tərəvəz qızıla bərabər imiş
DSX MƏLUMAT YAYDI -
Saxlanılanlar var (FOTO)
Evdə ən az elektrik işlədən cihazlar açıqlandı
Süni intellekt “super peyvənd” hazırladı
İran ABŞ bazalarını hədəf aldı
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? —
AÇIQLAMA
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…
Sabah Sumqayıtda su kəsiləcək