8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu haqda xəbəri ictimailəşdirən "Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili etiraz əlaməti olaraq, özünün rəsmi Facebook səhifəsində status paylaşıb:
"Azərbaycan" nəşriyyatında oturan və işləyən jurnalistlər və qeyri-peşə adamları! Bir dəfə həyəcan təbili çaldıq, amma hamınız susdunuz. Hacıbəla Abutalıbovun "Yoğurmadım, yapmadım, hazırca kökə tapdım" şüarlı Parkomat İdarəsi dünən gecə nəşriyyatın qarşısına parkomat soxuşdurub. Bu gün səhər işə gəlirəm, bir nəfər yaxınlaşır avtomobilimə. Deyirəm, eşidirəm. Deyir ki, bura parkomat qoyulub... Mən də deirəm ki, qardaşım, mən bu nəşriyyata gəlib işləməyə başlayanda və qəzet buraxanda Hacıbala Abutalıbov psixo-klinikada müalicə alırdı, mer deyildi və sən də yəqinki orta məktəbdə oxuyurdun... Bu nəşriyyat Prezident Aparatının balansında olan obyektdir, birinci növbədə PA-nın qarşısına qoyun, sonra bura gəlin, niyə tərsinə iş tutursunuz? Deyir ki, bizə belə tapşırıblar... Mən də deyirəm ki, düz edirsiniz, indi jurnalistlər başqa-başqa işlərlə məşğul olduğundan axırı belə olmalı idi... Amma şəxsən mən o maddi durumda deyiləm ki, Bakını qarış-qarış satan Hacıbala Abutalıbovun o idarəsinə işə gəlib maşın saxladığıma görə gündə 20-30 manat ödəyim. İndi sözüm "Azərbaycan" nəşriyyatındakı jurnalistlərə və qeyri-jurnalistlərədir. Ataların bir qədim tərəkəmə sözü var: "Yatan öküzün təpəsinə duran öküz s....!". İndi yatdığınız bəsdir, sabah gəlib deyəcəklər ki, aldığınız havaya görə də Bakı meriyasına pul ödəməlisiniz... Təpəriniz olsun və bu məsələni hamınız qabardın. Ayıbdır və ayıbdan ayıbdır... Ən maraqlısı, bu parkomatı ağacların, bəzək kollarının əkildiyi yerə basdırıblar. Bir dənədir. Deyirəm, yəqin Hacıbəla müəllim fikirləşib ki, əlavə 2-3 parkomat nəyə lazımdır, burada ağaclar sulananda bu parkomatlar da su içəcək, bir sezonda onun böyründən 2-3 parkomat pırtddıyıb çıxacaq...
Baş redaktor bu məsələyə görə Bakı Şəhər İcra Hakimiyyətini qınayıb. "Azərbaycan” nəşriyyatında çalışan jurnalistlər A.Mərzilini müdafiə edərək etiraz etməyə başlayıblar. Onlar Bakı meriyasına müraciət edərək parkomatın yığışdırılmasını istəyiblər.
Sozcu.info