Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir -
MEDİA
Tramp İranla danışıqların uzanmasına hazırlaşır
Emindən nostalji paylaşım:
"Bir vaxtlar yay belə idi" - FOTO
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
İşə qəbul qaydalarında mühüm dəyişiklik
Azərbaycanda bu nazir vəzifələri boşdur —
Siyahi
Leyla Əliyeva Şövkət Ələkbərovanın mahnısını ifa etdi -
Vidio
Xanımı İbrahim Borçalıdan üzr istədi
Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
GENERAL MEHDİYEVDƏN NƏCMƏDDİN SADIKOVLA BAĞLI ŞOK AÇIQLAMALAR - "Bütün azad etdiyimiz torpaqlarımızı düşmənə təhvil verdilər!" + FOTO
Müdafiə Nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyev Nəcməddin Sadıkovla bağlı sensasion məlumatlar yayıb.
Belə ki, Altay Mehdiyev özünün "facebook
" hesabında yazıb: "Bildirmək istəyirəm ki, xidmət etdiyim bütün müddət ərzində mənə qarşı törədilən qanunsuzlara baxmayaraq, rəhbərliyin altında çoxlu sayda - ÇOX UĞURLU əməliyyatlar keçirməyə nail olmuşuq. Əməliyyatlar ÇOX UĞURLU o odeməkdir ki, belə əməliyyatlar zamanı bir nəfər də olsun itki verilmir.
Ən uğurlu əməliyyatlarımızdan biri də, 2003-cü ildə rəhbərliym altında, düşmənin nəzarəti altında olan Buzqov dağı-Havuç kəndi arasında 70 kv.km yaxın ərazidə yerləşən bütün strateji hündürlükləri azad etməyimiz olmuşdur.
Qəbul etdiyimiz əsaslandırılmış qərar, real vəziyyətə uyğun olaraq hazırladığımız döyüş planı, döyüş planına uyğun olaraq keçirdiyimiz təlimlər, əməliyyata cəlb olunan bölmələrin hazırlığı, döyüş ərazisində qabaqcadan gördüyümüz ağlabatmaz mühəndis işləri, şəxsi heyyət tərəfindən məxviçilik rejiminə tam şəkildə riayət olunması və nəhayət qarşımızda duran lovğa, özündən razı, heç bir hazırlığı olmayan, Qarabağ müharibəsinin ilk günlərində bizim səhvlərimiz hesabına təsadüfi "qələbə" qazanan düşmən durumu -- bizə bu əməliyyatın Gox Uğurlu keçirməyimizə əsas verirdi.
Bəli, bu əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, birnəfər olsun belə itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik !!!
Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatlarının ən qızğın vaxtında yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş qərərgah rəisi vəzifəsində olan general Sadıkov N. mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzzəbli bir tərzdə :
-- Siz haradasınıız ? Nə ilə məşğulsunuz ?
-- Ön xətdə ! Müdafiə xəttini möhkəmləndirməklə !
-- Hansı müdafiə xəttini möhkəmləndirməklə ? Bu dəqiqə Ermənistanın Baş qərərgah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib "torpaqlarını" zəbt etmisiniz.
Yerevanda prezident aparatı qarşısında mitinq keçırılır. Mən sizə əmr edirəm -- Təcili olaraq əvvəlki mövqelərimizə qayıdın.
-- OLDU ! -- sözünü, 1974 - cü ildən hərbi xidmətdə olduğum bütün müddət ərzində söylədiyim qədər ürəkdən, böyük bir sevinc hissi, yüksək templə söyləməmişdim. Lakin onun "əmrinə" məhəl qoymadan Çox Uğurlu döyüş əməliyyatlarına rəhbərliyə davam etdim.
Nəcməddin Sadıkov Ermənistanın Baş qərərgah
rəisi Arutunyanla
Ən maraqlısı odur ki, general Sadıkov çox gözəl bilirdi ki, Naxçıvan MR keçirdiyimiz bütün tədbirlər Ali Məclisin sədri cənab Vasif Talıbovun şəxsən tapşırığı, razılığı və nəzarəti altında, qarşımıza qoyduğu "ƏYƏR TORPAQLAR BİZİMDİRSƏ, O TORPAQLARA BİZ NƏZARƏT ETMƏLİYİK" -- tələbi altında həyata keçirilirdi. Bütün bunlara baxmayaraq yenə də digər istiqamətdə olduğu kimi Naxçıvan MR da istədiyini həyata keçirməyə çalışırdı !?
Əks halda, qanunsuz verdiyi əmri yerinə yetirmədiyimə görə hələ 1994 cü ilin yanvar ayında yaşadığım problemləri yenidən mənə yaşadacaq idi.
Belə ki, 1993 dekabr-- 1994 yanvar aylarında Tərtər istiqamətində Briqada komandiri vəzifəsində xidmət edərkən, Müdafiə nazirliyindən xəbərsiz, öz qərarımla, bir-neçə kəndi azad etdiyimə görə general Sadıkovun yanvar ayının 27 də ( Uğursuz Quş əməliyyatından sonra ) general Vasyak və iki polkovnikə Tərtərə gələrək məni Briqada komandiri vəzifəsindən uzaqlaşdıraraq, bütün azad etdiyimiz torpaqlarımızı qısa bir zamanda düşmənə təhvil verdilər.
Narazılığını bildirdikdə, general Sadıkovun təklifi, MN general Məmmədrəfi Məmmədovun əmri ilə məni tutduğum vəzifədən azad edərək başqa hərbi hissəyə, aşağı vəzifəyə təyin etdilər. Onu da deyim ki, general Məmmədovun səbəbini mənə söyləməyinə söz verməyincə baxmayaraq, hətta nazir sözünü də yerinə yetirmədi !?
"Köməklik göstərmək"məqsədi ilə mənə, Briqada komandiri vəzifəsində xidmət edən, polkovnikə, M.V. Frunza adına Akademiyanı bitirmiş zabitə müharibənin ən qızğın vaxtında ordudan tərxis olunmaq haqqında ərizə yazmağınız da təklif etdilər. Hələ bu az imiş bu istiqamətdə mənə kömək göstərmələrini "kişi kimi" söz də verdilər !!!
Əlbət də ki, mənim cavabım çox qısa oldu : Məni Vətənimi qorumağa siz gətirməmisiz, siz də mənə getməyə kömək göstərəsiz !?
Bu və bunun kimi yüzlərlə faktlara görə general Sadıqov məni xidmət etdiyim bütün müddət ərzində heç cürə qəbul edə, bağışlaya bilmirdi. Mənə qarşı tədbirlər görməyə isə o zamanlar səlahətləri kifayət etmirdi.
Ən dəhşətlisi isə odur ki, son zamanlar onun səlahətləri həndəsi silsilə ilə artmağa başladı.
Məhz bu səbəbdən də Silahlı Qüvvələrimizin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsində rəhbərliyi tərəfindən döyüşlərin planlaşdırılmasında, idarə olunmasında, döyüş və arxa cəbhə təminatında yol verdiyi uğursuzluqları nəzərə alaraq, bir neçə yuxarı vəzifəli şəxslərlə birlikdə tutduqları vəzifələrindən azad etdi.
Lakin çox əfsuslar olsun ki, Ali Baş Komandan tərəfindən general Sadıkov N. ordudan uzaqlaşdırılana qədər yüzlərlə yüksək rütbəli və vəzifəli, Vətənpərvər zabitlərimizi müxtəlif yollarla Ordumuzdan uzaqlaşdırmaqlı, Ordu quruculuğuna, Ordumuzun inkişafına nə qədər ziyan vurdu !?
Hər bir komandir tabeliyində olanlar arasında yüksək nüfuza malik olmalıdır. Bunun isə yeganə yolu, xidmət etdiyi bütün müddət ərzində özünün və bağlı zabit heyyətinin hər birinin zabit şərəfinin qorunması uğrunda mübarizə aparmasındadır.Buna isə ancaq və ancaq yüksək peşəkar hazırlığı və idarəetmə keyfiyyətləri, öz peşəsinə və tutduğu vəzifəyə məhəbbəti, təşkilatçılığ bacarığı, yüksək tələbkarlığı, tabeliyində olanların hər birinin şəxsi ləyaqətinə hörmətlə yanaşması ilə qazanmaq olar.
Çox təəssüflər olsun ki, general Sadıkov kimi bəzi yüksək vəzifəli zabitlər qeyd etdiyim bütün bu tələblərdən uzaq olduqlarından, nizamnamə və sağlam düşüncə tələblərinin əksinə olaraq, vəzifə səlahətlərini açmaqla, tabeliyində olanları daima gərginlikdə saxlamaqla, onlara qarşı cinayət tərkibli hərəkətlərə yol verməklə onların bir çoxunda qorxaqlıq, hərəkətlərində qeyri müəyyənlilik və qarşılıqlı hörmətsizlik hisslərinin formalaşmasına təkan verirdilər"
Oxşar Xəbərlər
Nəcməddin Sadıkov barəsində səslənən İTTİHAMLARA BELƏ CAVAB VERDİ - "Üzr istəyirəm, məni narahat etməyin!"
DTX açıqlama yaydı:
DTX:
Siyavuş Novruzov Nəcməddin Sadıkovdan DANIŞDI
Xəbər lenti
Respondentlərin 93.6 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir -
MEDİA
"BakıKart"ın satış qiyməti bahalaşdı
Sabah 35 dərəcə isti olacaq
Tramp İranla danışıqların uzanmasına hazırlaşır
Emindən nostalji paylaşım:
"Bir vaxtlar yay belə idi" - FOTO
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
İşə qəbul qaydalarında mühüm dəyişiklik
İstidə insanı ən çox zəhərləyən qidalar bunlardır
Azərbaycanda bu nazir vəzifələri boşdur —
Siyahi
Leyla Əliyeva Şövkət Ələkbərovanın mahnısını ifa etdi -
Vidio
Xanımı İbrahim Borçalıdan üzr istədi
Azərbaycanda yeni cərimələr:
50 min manata qədər cəza tətbiq ediləcək
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verilib
Gəncə-Daşkəsən yolunda ağır qəza -
Fotolar
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Bakının bu ərazilərində işıq olmayacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Xameneinin müavini yol qəzasında həlak oldu
Bakıda qadın evinin həyətində ölü tapıldı
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı —
Fotolar
Bakıda 4 yaşlı uşaq faciəli şəkildə öldü
Səbinə Mehdiyevaya vəzifə verildi -
FOTO
Nərimanovda bu obyektlər sökülür -
FOTOLAR
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq
Rusiyadan AZAL-la bağlı açıqlama:
Həll etmişik...
ŞAD XƏBƏR: Bu şəxslərə də müavinət veriləcək
Vidio
Bakıda bu ərazilərdə işıq olmayacaq
Messi daha bir rekord qırdı
Saqqızın tərkibindəki bu maddə faydalı imiş...
Afaq Gəncəli TANINMAZ HALDA
Evdən yaşlı qadın meyiti tapıldı
Bu ölkədə azan qadağan olunacaq
Bəhreyn və Küveyt hədəf alındı —
İrandan hava hücumu
WhatsApp-da yeni gizli dövr —
Hər kəsin gözlədiyi funksiya gəldi
Neft yeni həftəyə bu qiymətlə başladı
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
"BakıKart"ın satış qiyməti bahalaşdı
Sabah 35 dərəcə isti olacaq
İstidə insanı ən çox zəhərləyən qidalar bunlardır
Bakının bu ərazilərində işıq olmayacaq
Maaş günü bayrama düşərsə qanunla nə vaxt ödənməlidir?
Anomal istilər Azərbaycana yaxınlaşır -
Xəbərdarlıq