Ukraynadan təxliyə edilən daha 180 azərbaycanlı Bakıya gəlib

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib.
Sozcu.info xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviterdəki hesabında paylaşım edilib.
Qeyd olunub ki, indiyədək baş tutan 8 çarter reysi ilə 1 475 həmvətənimiz Azərbaycana gəlib.


Oxşar Xəbərlər

Xəbər lenti