Nazir Xocalıya yeni rəis təyin etdi

Xocalı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.
Sozcu.info xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Əliyev Ramin Vitali oğlu təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək Goranboy RPŞDYP bölməsində çalışıb.
Xocalı DYP-nin əvvəlki rəisi Nemət Məmmədov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri əsasında yaş həddi səbəbilə təqaüdə göndərilib./Unikal


Oxşar Xəbərlər

Xəbər lenti