AQTA sədrinə yeni vəzifə verilib

Rusiyanın silahlı qüvvələri tezliklə Ukraynanın şəhərlərinə, kəndlərinə və digər yaşayış məntəqələrinə hücuma başlayacaq.
Bu barədə Çeçenistanın başçısı Kadırov Teleqramda videomüraciətində bəyan edib.
«Tapşırıqlar aydındır və biz, konkret işləməyə başlayacağıq, noqtələr üzrə və hücum dalğası olacaq» - Kadırov bildirib və əlavə edib ki, söhbət bütün yaşayış məntəqələrindən, şəhərlərdən və kəndlərdən gedir. "Amma Luqansk və Donetski ilk növbədə tamamilə azad edəcəyik, ali baş komandan belə tapşırıq verib" - Çeçenistan başçısı qeyd edib və ardınca dəqiqləşdirib ki, əməliyyatın hədəfi Kiyev və yerdə qalan şəhərlərin “azad edilməsidir”.
«Bundan sonra çox maraqlı olacaq» - Kadırov vəd edib.
Kremldə bu bəyanatı hələlik şərh etməyiblər.
AzPolitika.info


Oxşar Xəbərlər

Xəbər lenti