On illərdir gözlənilən sənəd, nəhayət, Nazirlər Kabinetinə təqdim edildi


Azərbaycanda uzun illərdir gözlənilən bir sənəd - Rəqabət Məcəlləsinin layihəsi Nazirlər Kabinetinə təqdim olunub.

Musavat.com İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, beynəlxalq təcrübəyə əsaslanmaqla Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

Layihə müvafiq dövlət qurumlarının müsbət rəyi alındıqdan sonra İqtisadiyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib: “Rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir. Layihədə həmçinin, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}